Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Maduronun taleyini yaşamaq qorxusu, yoxsa... - Təhlil

Venesuelada Nikolas Maduronun hakimiyyəti mənimsəməsi ilə barışa bilməyən yüzminlərlə insanın küçələrə çıxması və ölkə parlamentinin spikeri Xuan Quaydonun özünü prezident elan etməsi yeni siyasi gərginliyə səbəb olub

ABŞ, Braziliya, Argentina, Paraqvay, Peru, Panama, Kolumbiya, Çili, Ekvador, Kosta-Rika, Honduras, Qvatemala, Albaniya və Gürcüstan Xuan Quaydonu müvəqqəti dövlət başçısı kimi tanıyıb. Fransa prezidenti Emmanuel Makron isə demokratiyanın bərpasını müdafiə edən açıqlama ilə çıxış edib.

ABŞ Maduroya ölkəni tərk etməsi müqabilində təhlükəsizlik vədi verib. Əks halda Venesuelanın neft satışına embarqo qoyacağı, xarici banklarda dondurulmuş neft pullarını müvəqqəti prezident Quaydonun sərəncamına verəcəyi ilə hədələyib. Hətta ABŞ və Braziliya Venesuelada diktatorun qətliam törətməsinə imkan verməmək üçün hərbi gücdən istifadəni də bəyan ediblər.

Yuxarıda sadaladığımız dövlətlərdən fərqli olaraq, Rusiya, Kuba, Suriya, İran, qondarma Cənubi Osetiya Respublikası və Ərdoğan Türkiyəsi Maduronun müdafiəsinə qalxıb. Ərdoğanın Maduro ilə telefon danışığı zamanı “Qardaşım Maduro, möhkəm dayan, Türkiyə səninlədir!”,- deməsi həqiqətən rişxəndə layiqdir. Ərdoğanın əsas məsləhətçisi olan İbrahim Qalın isə Tvitterdə #WeAreMADURO haştaqını yayaraq Venesuela xalqı tərəfindən rədd edilən diktatora dəstək və rəğbətlərini nümayiş etdirib.

Venesuelada baş verən proseslərlə bağlı rəsmi Ankaranın tərəqqipərvər dünya ilə birlikdə deyil, Rusiya, Kuba, Suriya, İran, qondarma Cənubi Osetiya Respublikası ilə bir cəbhədə yer alması Türkiyənin dünayadakı imicinə ağır zərbədir. Türkiyənin avtoritar prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi isə hətta Maduronu müdafiə edən Rusiya mətbuatında da rişxəndlə qarşılanıb. Venesuelada Rusiyanın çox ciddi siyasi, hərbi və iqtisadi maraqlarına, bu Latın Amerikası ölkəsində Moskvanın 17 milyard dollarlıq kredit və sərmayəsinin olmasına baxmayaraq, Putin Ərdoğan kimi rişxənd doğuran açıqlama ilə çıxış etməyib.

Venesuelada 70 milyard dollardan artıq sərmayə və krediti olan Çinin neytral mövqeyi ilə Türkiyənin rişxənd doğuran mövqeyi isə ümumiyyətlə, müqayisə oluna bilməz. Rusiya hətta Maduronu ölkədə yaranmış iqtisadi böhrana məsul şəxs kimi də qeyd etməkdən çəkinmir. Moskva yalnız xarici təsir və müdaxilələri kəskin tənqid edir ki, bu da onun Vaşinqtonla rəqabət aparmasını nümayiş etdirən elmentlərdən biridir.

Venesuelada heç bir ciddi siyasi, iqtisadi və hərbi marağı olmayan Türkiyənin sinəsini irəli verib, Maduronun ən qatı müdafiəçisi qismində çıxış etməsi Ərdoğanın oxşar tale ilə qarşılaşmaqdan narahatlıq keçirməsi ilə izah oluna bilər.

Xatırladım ki, Maduronun 6 illik hakimiyyəti Venesuelada insanların həyat şəraitini dözülməz edib. Bu səbəbdən də 3 milyondan artıq insan ölkədən didərgin düşüb. Bu hakimiyyətin yarıtmaz fəaliyyəti həm də, Ümumi Daxili Məhsulun 33 faiz azalmasına, inflyasiyanın 1 700 000 (bir milyon yeddi yüz min) faizə çatmasına səbəb olub. Belə bir hakimiyyəti müdafiə etməyin məntiqli izahı yoxdur.

Venesuelada küçələrə çıxan milyonlarla insan Maduronun 6 illik hakimiyyətinin nəticələrinə etiraz edir. Ərdoğanın Maduroya dəstək sözlərindən isə belə çıxır ki, Türkiyə Venesuelanı humanitar böhran vəziyyətinə gətirmiş bir hakimiyyəti dəstəkləyir. Türkiyə kimi bir ölkənin belə bir rejimi müdafiə eləməsi böyük rəzalətdir.

pia.az


Etiket: Ərdoğan Maduro

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Ən çox oxunanalar