Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın İndoneziyadan Yunanıstana xəbərdarığı yunanları həyacanlandırdı

Türkiyə prezidenti Ərdoğanın G20 Sammitində verdiyi açıqlamalar Yunanıstan mətbuatında geniş müzakirələrə səbəb olub...

PİA.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu gün Yunanıstanın bütün qəzet və xəbər saytlarında əsas mövzu Türkiyə və Ərdoğan olub. “Kathimerini” qəzeti Ərdoğanın sözlərini “Türkiyədən yeni təhlükə” başlığı ilə oxuculara təqdim edib.

Prezident Ərdoğan İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısından sonra mühüm açıqlamalar verib. Çıxışının bir hissəsini Yunanıstana həsr edən Ərdoğanın Afinaya verdiyi xəbərdarlıq gərginliyi artırıb.

Qeyd edək ki, Ərdoğanın “Bir gecə qəfil gələ bilərik, hər kəs həddini bilsin” sözləri daha əvvəl qısa müddətdə yunan mətbuatında gündəm olmuşdu.

Xəbərdə: “Rəcəb Tayyib Ərdoğan yeni açıqlamaları ilə Yunanıstana qarşı aqressiv ritorikasını qoruyur”, deyə bildirilir.

Həmçinin, məqalənin davamında: “Rəcəb Tayyib Ərdoğan yenə təxribatçı xarakterini ortaya qoydu”, deyə qeyd olunur.

“CNN Yunanıstan” telekanalı və “Proto Thema” kimi mətbuat orqanlarında da Ərdoğanın çıxışı ilə bağlı bənzər başlıqlarla xəbərlər yayımlanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar