Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Türkiyə Aİ-yə üzvlüklə bağlı Brüssellə danışıqların nəticələrinə ümid edir...

Türkiyə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarda Brüsseldən konkret nəticələr görəcəyini gözləyir...

Poliqon xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Biz öz müşavirimizi Brüsselə göndərdik, orada bu məsələlərlə bağlı danışıqlar aparılacaq. Onlar həm Gömrük İttifaqı, həm də viza rejiminin liberallaşdırılmasını müzakirə edəcəklər. İnanıram ki, danışıqlar Türkiyənin xeyrinə olacaq. Ursula fon der Leyen (Avropa Komissiyasının rəhbəri-red.) bu barədə bizə bir neçə müsbət fikir də söyləyib. Düşünürəm ki, müşavirim Çağatay bəy də oradan müsbət nəticələrlə qayıdacaq”, deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə həmişə verdiyi vədləri yerinə yetirib və “qazan-qazan” prinsipi ilə aparılan danışıqların konkret nəticələrini tez bir zamanda görmək istəyir.

Bu vədlərlə bağlı konkret addımlar, ilk növbədə, bu ölkələrdə terror təşkilatlarının fəaliyyətinin dayandırılması və terrorçuların ekstradisiya edilməsidir.

Avropa İttifaqından görəcəyimiz müsbət işlərin nəticəsi olaraq vədlərimizin həyata keçirilməsi üzərində işə başlayacağıq. Keçən il razılaşdırılmış məsələlər həyata keçirilmədiyi üçün proses bu günə çatıb. İndi biz buna uyğun hərəkət edəcəyik. Biz həmsöhbətlərimizə izah etdik ki, bu məsələdə mövqeyimiz aydın və barışmazdır”, deyə Türkiyə lideri bildirib.

Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. İndi danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar