Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan siyasətdən gedir?

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın "son seçkilər"lə bağlı dediyi sözlər onun siyasətdən getməsi demək deyil...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Ömər Çelikin sözlərinə görə, Ərdoğan "son seçkilər"lə bağlı bəyanatını konstitusiya ilə səlahiyyətlərinin məhdudlaşdırılmasını əsas gətirərək verib.

"Bu siyasətdən getmək vədi deyil. Belə bir siyasi gündəm yoxdur", deyə AKP rəsmisi bildirib.

Qeyd edək ki, martın 8-də Türkiyə prezidenti mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün yekun seçki olacağını bildirib:

"Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq. Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək.

Türkiyə Ədliyyə Nazirliyinin keçmiş rəhbəri, millət vəkili Bəkir Bozdağ siyasi karyerasını başa çatdıracağını deməsinə rəğmən, Ərdoğanın daha bir müddətə namizədliyinin irəli sürülməsini istisna etməyib. Bozdağ qeyd edib ki, Türkiyə konstitusiyasına görə, bir şəxs ardıcıl olaraq maksimum iki müddət ölkə prezidenti postunu tuta bilər. Eyni zamanda, əsas qanunda göstərilir ki, növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə eyni prezidentin üçüncü müddətə namizəd olması mümkündür.

"Əgər konstitusiyaya uyğun olaraq Türkiyə parlamenti prezidentin ikinci müddətində növbədənkənar seçkilərə qərar verərsə, prezidentimiz Ərdoğanın konstitusion olaraq namizəd olmaq hüququ olacaq", deyə deputat vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar