Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Qazaxıstana səfərə gedib, Vladimir Putinlə görüşəcək

Liderlərin görüşündə ikitərəfli əlaqələr, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə VI sammitdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfərə gedib.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Dövlət başçısını Ankaranın Esenboğa hava limanından Ankara valisi Vasip Şahin və başqa rəsmi şəxslər yola salıb.

R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidenti sözçüsü İbrahim Kalın müşaiyət edir.

R.T.Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevlə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü toplatısında iştirak edəcək.

Liderlərin görüşündə ikitərəfli əlaqələr, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti oktyabrın 13-də sammitdə dövlət və hökumət başçılarına müraciət edəcək.

R.T.Ərdoğan Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. İki ölkə liderləri Ukraynadakı durumu müzakirə edəcəklər. Eyni zamanda, Moskva ilə Qərb arasında mümkün dialoq barədə fikir mübadiləsi aparacaqlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ən çox oxunanalar