Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Montrö Konvensiyasının verdiyi səlahiyyətdən istifadə etmək qərarındayıq”

Rusiya ilə Ukrayna arasında sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüslərimizi davam etdirmişik və davam etdirəcəyik. Biz Rusiyanın Ukrayna torpaqlarına hücumunu qəbuledilməz hesab edirik, Ukrayna administrasiyası və xalqının mübarizəsini yüksək qiymətləndiririk”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Montrö Konvensiyasının Türkiyəyə verdiyi səlahiyyətdən böhranın böyüməsinin qarşısını almaq üçün istifadə etmək barədə qərar qəbul edib:

“Bu günə kimi 5 min vətəndaşımız Ukraynanı tərk edərək ölkəmizə və digər ölkələrə köçüb. Tələblərə uyğun olaraq evakuasiya prosesini davam etdirəcəyik. Türkiyə başda BMT, NATO və Aİ olmaqla, iştirak etdiyi qurumlar və ittifaqlar çərçivəsində üzərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirib”.

Montrö Konvensiyası 1936-cı il iyulun 20-də imzalanmış və həmin il noyabrın 9-da qüvvəyə minib.

Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini möhkəmləndirib. Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq edilib.

Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyə münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar