Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist: "Ərim məni o qədər döyürdü ki, gözüm,ağzım partlayırdı" - Video

"Yoldaşım çox ailəcanlı idi, ölürdü bizim üçün. Bizim evimiz olsaydı, ayrılmazdıq. Evdə qayınana, baldızlar qalırdıq. Kənardan qohumlar da gəlib müdaxilə edirdilər. Elə bil ki, düşmən qızıyam. 18 yaşım var idi, uşaq idim. Dedim, gedək mənimlə, dedi olmaz".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Mərhum həyat yoldaşı Orucdan danışan müğənni keçirdiyi ağır ailə həyatından söz açıb.

O bildirib ki, ailəsinin dağılmasına səbəb qayınanası və ərinin qohumları olub:

"O vaxt qayınana evində qalmağı kişilər özlərinə sığışdırmırdılar. Kirayədə qalmaq belə ayıb idi. Kaş düşərdim ayaqlarına, deyərdim, gəl mənimlə gedək. Üç-dörd il keçsəydi, bəlkə barışardıq. Amma o, üç il sonra evləndi. Atam evinə də gedə bilmirdim, qoymurdular. Deyirdilər, ər evinə getmisənsə, orada qalmalısan. Deyə bilmirdim ki, acından, dərtdən gəlirəm. Atam evindən soyuducudan uşaqlarım üçün ət oğurlayırdım".

M.İsgəndərli həyat yoldaşının onun hər dəfə döydüyünü etiraf edib:

"Bacım hər dəfə gəlirdi məni danlayırdı ki, niyə oturmusan burada? Gəlirdi ki, gözüm partdıyıb, ağzım nə boyda... Yoldaşımı qınamıram, hər şeyi halal etmişəm. Cavan idi, qulağını doldururdular. Heç kimə gücü çatmırdı, bütün hirsini mənə tökürdü. Məni balası kimi istəyirdi, hirslənəndə hamının heyfini məndən alırdı. Təranə bacım ən pis vəziyyətimdə yanımda olurdu.

Bir gün ərim məni döyəndə beşiyi vurdu, gedib Kərimin (oğlu - red.) gözünə dəydi. Ondan sonra dedim ki, daha bəsdir. Kərimi götürüb yağışlı bir gündə palçığın içində elə qaçırdım ki...".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar