Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Axundova kimin səfiridir? – Onun azərbaycanlıları fərari kimi təqdim etməkdə məqsədi nədir?..

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova onun son günlərdəki fəaliyyətilə bağlı sosial şəbəkələrdə və mediada yayılan tənqidlərə cavab verib. Öz fəaliyyətini yüksək qiymətləndirən(!) Elmira xanım bu çətin günlərdə səfirlik olaraq əllərindən gələni etdikləri, səfirliyin “Qaynar xətti”nin 24 saat işlədiyi və s. barədə danışıb. Hansı ki, Ukraynadakı azərbaycanlıların böyük əksəriyyəti bunun tam əksini deyirlər...

Hər necə olsa, Elmira xanım Bakıdadır. Onun xanım olduğunu, səhhətilə bağlı problemlər yaşadığını, həyatına real təhlükə yaranmasının mümkünlüyünü və s. nəzərə alaraq, öz postunu tərk edib Azərbaycana gəlməsinə dair hansısa irad bildirmək doğru olmaz. Ancaq Elmira xanımın yayımladığı mətndə onun fəaliyyətilə bağlı Ukraynadakı azərbaycanlıların tənqidləri qarşısında özünü yox, həmvətənlərimizi borclu çıxarması, yumşaq desək, təəccüb doğurur. Ən mənfi və hətta hiddət doğuran məqam isə Axundovanın Ukraynadakı azərbaycanlıları az qala fərarilikdə və saxtakarlıqda ittiham etməsidir.

Sözügedən mətndə səfir Ukraynada yaşayan azərbaycanlıları nəzərdə tutaraq, deyir: “Başqa bir şey də demək istəyirəm: bir çoxları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib”. Fikir verin, bunu Ermənistanın, yaxud hansısa bizə dost olmayan digər ölkənin yox, Azərbaycanın(!) Ukraynadakı səfiri deyir. Üstəlik, bu müraciət rus dilində də yayımlanır. Deməli, bu mətn təkcə azərbaycanlılar üçün deyil. Bu, azərbaycanlıları aşağılamaq, onları qorxaq, fərari, saxtakar kimi təqdim etmək və bunu dünyaya car çəkmək deyilmi? Axı, bunu Ukrayna mətbuatı da, Ukraynanın Azərbaycandakı səfirliyi də görür, oxuyur. Azərbaycanın istər Ukrayna, istərsə də sivil dünya ilə münasibətlərinin imtahana çəkildiyi vaxtda belə bir bəyanat nəyə, kimlərə xidmət edir görəsən?

Ukraynadakı azərbaycanlıların bu cür təqim edilərək, gözdən salınması cəhdi bəlkə də heç Ermənistan səfirinin belə ağlına gəlməzdi. Hazırda Ukrayna Ordusunda və özünümüdafiə dəstələrində Ukrayna vətəndaşı olan yüzlərlə, bəlkə də daha çox azərbaycanlı döyüşür. Həmçinin, Azərbaycanda Ukraynanın haqlı mövqeyini müdafiə edən kütləvi aksiyalar keçirilir, insanlarımız işğala məruz qalmış ölkəyə, xalqa əlindən gələn yardımı göstərməyə çalışır, mənəvi və maddi dəstək verir.

Bütün bunları görmək və demək əvəzinə öz yarıtmaz fəaliyyətinə haqq qazandırmaq üçün az qala bütün həmvətənlərimizi şərləmək, hansısa neqativ bir hadisəni (əgər olubsa-red.) bütün millətin adına ləkə kimi yaxmaq, xalqın, millətin dəstəyini, zəhmətini yerə vurmaq cəhdi Azərbaycanı təmsil edən səfirə yaraşırmı?

Bəlkə, dediyi sözün məsuliyyətini, daşıdığı vəzifənin, missiyanın mahiyyətini anlamır? Əlbəttə ki, anlayır! Bunun üçün kifayət qədər yaşı, savadı və təcrübəsi var. O zaman istər-istəməz bu fikirlərin məqsədli şəkildə söyləndiyi təsəvvürü yaranır. Belə olan halda isə sual meydana gəlir: Elmira Axundova hansı ölkənin, hansı xalqın, bir sözlə, kimin səfiridir?

C.Məmmədov (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar