Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elinanın anası Xalidə Bayramova ilə üzləşdirildi

Özünü oxuduğu 162 saylı məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın valideynləri direktor Sevinc Abbasovanın həbs olunmasını, həkimlərin cəzalandırılmasını istəyir. Məktəblinin yaxınlarının tələblərindən biri həyata keçib

PİA.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Elina Hacıyevanın anası Sevil Hüseynova həm Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, həm də Sevinc Abbasova ilə üzləşdirilib. Üzləşmə Bakı şəhər Prokurorluğunda baş tutub. Amma vəkil Emin İsayev bu haqda məlumat vermək istəməyib. Bunu istintaq sirrini yaymamaq arqumenti ilə izah edib.

Vəkilin dediyinə görə, Sevil Hüseynova bir müddət əvvəl Kliniki Tibbi Mərkəzdə Elinanın müayinə və müalicəsinə cavabdeh həkimlərlə də üzləşdirilibmiş.

Hadisə aprelin 4-də olmuşdu. Elinanı intihardan sonra xəstəxanaya çatdırsalar da, onun həyatını xilas edə bilməmişdilər. Məktəblinin ailəsi Xalidə Bayramova ilə Sevinc Abbasovanı şagirdi intihardan sonra videoya çəkərək, xəstəxanaya gec yola salmaqda ittiham edir. Ümumiyyətlə, Elinaya məktəbdə pis münasibət olduğu bildirilir. Təqsiri sübuta yetirilsə, direktoru 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar