Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlinin sürücüsünə hökm oxundu - Foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova hökm oxunub. Avqustun 7-də Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun çıxardığı hökmə əsasən, P.Umudov narkotik ittihamıyla 4 il 6 ay azadlıqdan məhrum edilib.

P.Umudov özünü təqsirli bilməyib, ittihamın saxta olduğunu bildirib. O vurğulayıb ki, həbsinin əsl səbəbi AXCP üzvü və partiya sədrinin sürücüsü olmasıdır.

P.Umudovun sözlərinə görə, Milli Şuranın 19 oktyabr mitinqi öncəsi AXCP-nin bir çox fəalları həbs edilirdi. Həmin ərəfədə onun özünə də xəbərdarlıq edilmişdi ki, uzunmüddətli həbsə göndəriləcək:

“Hər an gözləyirdim ki, indi polislər gəlib aparacaq. Belə bir vəziyyətdə mənim üstümdə narkotik gəzdirdiyimi yazmaq absurddur”.

Prokuror iddia edib ki, narkotik ittihamı təsdiqini tapıb. O, P.Umudova 5 il həbs cəzası verilməsini istəyib.

P.Umudovun vəkili Zibeydə Sadıqova isə əksinə, çıxışında əksinə, ittihamın sübuta yetirilmədiyini deyib. Vəkil bildirib ki, istintaq qərəzli aparılıb, P.Umudovun bir sıra hüquqları pozulub: “İş materiallarından belə məlum olur ki, 7 saatın içində 20-dən çox istintaq hərəkəti aparılıb. Bu prosesdə onun müdafiə hüququ pozulub”.

Z.Sadıqova P.Umudovun ailə vəziyyətinin ağır olmasından da danışıb. Bildirib ki, onun himayəsində xəstə həyat yoldaşı var, təcili əməliyyat olunmalıdır.

Vəkil P.Umudov haqqında bəraət hökmü çıxarılmasını, ona münasibətdə Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq) və digər maddələrilə təminat verilən hüquq və azadlıqlarının pozuntusunun tanınmasını istəyib. Müdafiəçinin daha bir istəyi isə heç bir günahı olmadığı halda, P.Umudovun həbsdə saxlanmasında rolu olan şəxslərin cəzalandırılması üçün xüsusi qərar çıxarılması olub.

Lakin məhkəmə 60 yaşlı P.Umudov haqqında ittiham hökmü çıxarıb. Hökmdən apelyasiya şikayəti veriləcək. P.Umudov 2019-cu il oktyabrın 16-dan həbsdədir.(MeydanTV)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

İphone 16-nın hansı özəllikləri var? - Fotolar

Ən çox oxunanalar