Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirib, bu seçkilərdə də ona etimad göstərib.

Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlət başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

Poliqon.info 


Etiket: Təbrik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar