Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyev Türkiyənin ordu generalı ilə görüşdü

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, görüşdə Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkovnik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti siyasət sayəsində qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə olmasını vurğulayıb.

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.

Bununla yanaşı qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təşkili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar