Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP sözçüsü: "Qazilərimiz cəmiyyətə yaxşı nümunə olmalıdır"

"Qazilər cəmiyyətə yaxşı nümunə olmalıdır. Son vaxtlar baş verən qəzalarda qazilərin iştirakı artıb və qəzaların əksəriyyəti ölüm və ağır xəsarətlə nəticələnib".

"Report"un xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər” adlı layihəsinin yekun konfransında deyib.

O bildirib ki, qazilərimizin problemi və qayğıları daima Daxili İşlər Nazirliyinin rəhbərliyinin diqqət mərkəzindədir:

"Səlahiyyətimizə aid olan problemlər quruma daxil olursa, dərhal rəhbərliyin nəzarəti ilə lazımi tədbirlər görülür. Qazilərimiz bilməlidirlər ki, əvvəllər azyaşlı uşaqlar film qəhrəmanlarını özlərinə nümunə götürürdülərsə, indi real qəhrəmanlarımız olan qazilərimizi nümunə götürürlər. Belə olan halda qazilərimizin də üzərinə böyük bir məsuliyyət düşür. Mən hər bir qazimizdən xahiş edərdim ki, bütün bunları nəzərə alıb yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına riayət etsinlər. Təəssüflər olsun ki, son zamanlar baş verən qəzalarda qazilərimizin iştirakı artıb. Mübaribədən zəfərlə sağ-salamat gələn bir çox qazimiz yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Bu, bizim üçün də, cəmiyyət üçün də çox ağır bir faciədir".

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar