Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP piyada və sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) piyada və sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”a deyib ki, yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır: “Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarıb. Bu isə qabaqlayıcı tədbirlərin təxirə salınmadan icrasını zəruri edib".

"Gecə saatlarında piyada səkilərini zəbt edən, yüksək səslə ətrafdakı insanların istirahətini pozan sürücülər, eləcə də bəzən hərəkət sürətini şəhərdaxili yollarda artıran, lüzumsuz, bəzən də qadağan olunmuş səs siqnallarından istifadə edən, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarəetmə halları artıb. Eləcə də avtomobillərdə konstruksiya dəyişiklikləri, əlavə avadanlıqlar etməklə müdaxilələr və sair neqativ halların aşkarlanması ümumi ictimai asayişə mənfi təsir göstərməklə yanaşı, piyadavurma və digər formalarda qəza şəraiti yaradan vəziyyətləri də artırıb. Bu növ halların qarşısının alınması məqsədilə DYP gecə xidmətlərinin say həddini artırmaqla gücləndirilmiş qaydada xidməti təmin etməyə başlayıb. Vətəndaşlarımızdan ictimai asayişə, yollardakı hərəkət təhlükəsizliyinə, nəzərdə tutulan qaydalara məsuliyyətli yanaşmağı, qanunsuz hərəkətlərdən çəkinməyi, özünün və ətrafdakı insanların sərbəst hərəkətlərinə, istirahət hüquqlarının pozulmaması üçün çətinlik yaratmamağı, nizamlı və intizamlı olmağı, məsuliyyətsizlik zəminində haqlı narazılıq və narahatçılıq yaradan hallara yol verməməyi xahiş edirik!”, - o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ən çox oxunanalar