Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanı idarə edən iki nəhəng güc – Beynəlxalq nizamı alt-üst edənlər kimlərdir?

Hazırda dünyada çox mühüm və eyni zamanda da mürəkkəb siyasi-iqtisadi proseslər gedir

Demək olar ki, hər yerdə gərginlik ocaqları var. Böyük dövlətlər arasında baş verən problemlər əvvəlki kimi diplomatik yolla deyil, sərt üsullar və təhdidlər vasitəsilə həll edilməyə çalışılır. Elə təsəvvür yaranır ki, sanki dünya geniş miqyaslı müharibənin astanasında dayanıb.

Bəli, Üçüncü Dünya Müharibəsindən danışanlar da az deyil. Çünki bir çox ölkələr fövqəldövlət olan ABŞ-a qarşı vahid cəbhədə birləşməyə başlayırlar. Əlbəttə, Amerika da öz növbəsində sakit və hərəkətsiz dayanmayıb. Onilliklər boyu sürmüş mövcud beynəlxalq nizam sistemi iflic vəziyyətinə düşmək üzrədir, Birləşmiş Millətlər Təşkilatı çarəsiz qurumu xatırladır. Digər yandan isə, dünyanın iqtisadi-maliyyə sistemində də çalxalanma var. Uzun müddətdir ki, sabit tərzdə işləyən beynəlxalq iqtisadi münasibətlərdə nasazlıq hiss edilir. Bu gün böyük dövlətlər arasında gedən ticarət və valyuta müharibələri beynəlxalq siyasi icmalların əsas mövzusuna çevrilib. İlk baxışdan hər şey xaotik görünür. Bəs, əslində dünyada nə baş verir?

Təqdim etdiyimiz videolarda siyasi analitik, “AzPolitika.info”-nun şərhçisi Vaqif Mahmudov məhz bu suallar ətrafında fikirlərini bölüşür.

O, baş verən hadisələrin kapitalizmin xarakterindən qaynaqlandığını əsaslandırmaqla yanaşı, həm də dünyanın mövcud maliyyə-təsərrüfat modelinin yenilənməsinə çalışıldığını söyləyir. Onun fikrinə görə, bu səbəbdən də, dünyanın hazırkı vəziyyətə düşməsində böyük rol oynamış iki nəhəng elita arasında amansız mübarizə gedir. Həmin iki nəhəng qüvvə ABŞ milli dövlət sistemi və qlobal maliyyə quruluşlarıdır və onlar arasındakı qarşıdurma xeyli uzaqlara – ABŞ-ın ilk müstəqillik illərinə qədər uzanır. Digər tərəfdən isə milli dövlət sistemi ilə maliyyə bank quruluşları arasında meydana gələn mübarizənin tarixi köklərinə nəzər yetirilir. Videolarda dünyanın maliyyə güclərinin hansı yollarla təşəkkül tapması və onların ABŞ-ı necə öz iradələrinə tabe etmələri və sonra isə, bu dövləti necə önə çıxardıqları barəsində danışılır.

Belə hesab edirik ki, oxucular bu videomateriallarda onları düşündürən bəzi sullara cavab tapa biləcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar