Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DQ-nin “müdafiə ordusu” anlayışı nədir və Dağlıq Qarabağ nə zaman silahsızlaşdırılacaq?..

Qanunsuz hərbi birləşmələr ləğv olunmayana qədər Ermənistanın Xankəndindəki hərbi varlığına son verilməsi prinsipcə mümkündürmü?...

Azərbaycan Sosial Demokrat Partiyasının sədri: “Əgər deyirlərsə ki, erməni hərbiçiləri Qarabağdan çıxacaq, deməli onlara Azərbaycan tərəfindən deyilən sözlərin təsiri olub”.

Ermənistan nümayiş etdirdiyi mövqeni davam etdirsə, Azərbaycan məcbur olacaq Xankəndində anti-terror əməliyyatları həyata keçirib, oranı erməni hərbiçilərindən təmizləsin”.

Bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə erməni hərbiçilərinin Qarabağdan çıxarılmasına münasibət bildirərkən qeyd edib.

Dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, erməni hərbiçiləri sentyabra qədər Qarabağdan çıxacaq: “Bu o demək deyil ki, “Dağlıq Qarabağ” müdafiəsiz qalır. “DQ”-nin müdadfəsini və təhlükəsizliyini “DQ”-nin “müdafiə ordusu” yerinə yetirirdi və bu mənada heç bir şey dəyişmir. Ancaq onu da qeyd etməliyəm ki, “Dağlıq Qarabağ”ın təhlükəsizliyinin qarantı Rusiya sülhməramlıları olmalıdır”, deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.

Qriqoryanın bu bəyanatına inanmaq olarmı və ermənilərin “müdafiə ordusu” dedikləri qanunsuz hərbi birləşmələr ləğv olunmayana qədər Ermənistanın Xankəndindəki hərbi varlığına son verilməsi prinsipcə mümkündürmü? Hər şeydən əvvəl ermənilərin “müdafiə ordusu” 10 noyabr bəyanatında yer almadığı halda, bu terrorist hərbi birləşmə necə legitim status qazana bilər və Azərbaycan ərazilərində öz varlıqlarını davam etdirə bilərlər?

Mövzunu PİA.az-ın əməkdaşı Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə müzakirə edib.

Araz Əlizadə: “Ermənistan bu gün dediyini sabah başqa cür deyir və kimlərisə də günahkar çıxmağa çalışır”.

Ermənistanın Azərbaycan tərəfinin təsirinə məruz qalıb hərbiçilərini Qarabağdan çıxardıqlarını düşünən partiya sədri bildirib ki, bu prosesi son ana qədər izləmək lazımdır:

“Əgər deyirlərsə ki, erməni hərbiçiləri Qarabağdan çıxacaq deməli onlara Azərbaycan tərəfindən deyilən sözlərin təsiri olub. Ermənistan Azərbaycan tərəfinin təsirinə məruz qalıb hərbiçilərini Qarabağdan çıxarırlar. Amma bu prosesi son ana qədər izləmək lazımdır. Çünki Ermənistan bu gün dediyini sabah başqa cür deyir və kimlərisə də günahkar çıxmağa çalışır.

Ermənistan elə etməsin ki, biz Xankəndində anti-terror əməliyyatları keçirək. Ermənistan nümayiş etdirdiyi mövqeni davam etdirsə, Azərbaycan məcbur olacaq Xankəndində anti-terror əməliyyatları həyata keçirib, oranı erməni hərbiçilərindən təmizləsin.

Ermənistanın terrorist hərbi birləşmələri heç bir legitim status qazanmayıb. Onlar sadəcə olaraq qondarma qurumun qondarma ordusu kimi oradadırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Ən çox oxunanalar