Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Miqrasiya Xidmətində bu gündən yeni qaydalar qüvvəyə mindi

Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun bu gündən qüvvəyə minir

Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov paylaşım edib.

O, bu gündən başlayaraq tətbiq olunacaq yeni qaydaların siyahısını yayıb:

1. 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və I dərəcə əlil olan şəxslər daimi yaşama icazəsi alınması ilə bağlı imtahandan azad olunurlar.

2. Müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır. Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir.

3. Yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə.

4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslər və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir.

5. Daimi yaşama icazəsi verilələrkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir.

6. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir.

“Dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaq. Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri-müəyyənlik və ya suallar olarsa Miqrasiya Xidmətinə, əməkdaşlarımıza müraciət edə və ya səhifəyə yaza bilərsiz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar