Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət - “əjdaha” qorxusu: Pandemiyadan sonrakı böyük təhlükə?..

Böyük qorxuları olan insanlar təslim olmağı və öz azadlığından imtina etməyi asanlıqla qəbul edirlər...

Tevfiq Seyf

“The Independent” qəzeti, 22 aprel 2020-ci il

Məqaləyə cənab Con Mikletveyt və Edrien Uoldred tərəfindən “Şarkul Avsat”da nəşr olunan məqalələrlə başlamaq istəyirəm.

Müəlliflər məqalələrin əvvəlində qeyd edirlər ki, əksər Qərb ölkələrində korona pandemiyasına xaotik reaksiyalar verildiyi ehtimal edilir. Onların sözlərinə görə, bunun səbəbi Çin və Tayvan kimi mərkəziidarəçilik sisteminə sahib olan ölkələrlə müqayisədə, Qərb ölkələrində dövlət idarəçiliyinin mərkəzi aparatlarının zəif olmasıdır.

Müəlliflər “var olmaq” qorxusundan bir zəmin kimi istifadə etmək üçün Tomas Hobbesdən çox önəmli bir sitat gətiriblər.

1651-ci ildə Hobbes müasir dövlət fəlsəfəsinin ilk nümunələrindəm biri olan “Leviathan” adlı kitabını nəşr etmişdi.

“Leviathan” Müqəddəs Kitabda insanları və gəmiləri udan bir əjdaha kimi təsvir olunan, xəyali bir məxluqdur. Hobbes insan ruhunun dərinliklərində gizlənmiş var olmaq qayğısının bir simvolu kimi bundan istifadə edib.

Hobbes hesab edir ki, hər cəmiyyət insanların bir-birinə hücum etməsinə mane olacaq böyük və dəhşətli “əjdahaya” ehtiyac duyur. Bu fikri isə “insanların qanuna riayət etməsinin səbəbi ərdəmli olmaları deyil, cəza qorxusudur”, deyən Aristoteldən götürüb.

Dövlət - əfdaha qorxusu qonşularının özlərinə və ya əmlaklarına hücum etməsindən qorxan bütün insanları qoruyan bir hissdir.

“Leviathan”, yəni əjdaha olmasa, qonşumu öldürə bilərəm. İnsanlar qonşularına qarşı özlərini müdafiə etmək üçün silahlanmaq məcburiyyətində qala bilərlər. Beləliklə də, cəmiyyətin həyat şəraiti hər kəsin hər şeyə qarşı mübarizə apardığı vəhşi bir həyata çevrilə bilər.

Hobbesin nəzərdə tutduğu əjdaha, dövlətdir və onun fikrincə, bütün əhalini qoruması üçün bu əjdəha mütləq güclü olmalıdır.

Bəs, bu iki yazıçı köhnə “Leviathan” əfsanəsini xatırladaraq nə demək istəyir?

Əslində, bu yazıçılar xəbərdarlıq edirlər ki, liberal hökumətlər insanların var olmaq qayğısına nəzarət etməyə çalışarkən uğursuz olduqları üçün bu vəziyyət insanların əjdahaya çevrilmiş bir hökuməti qəbul etmələrinə səbəb ola bilər.

Bu gün dünya xəritəsinə bir baxın: Virus qorxusu ilə şəhərlərin hamısı qapqnıb, insanların çoxu evlərinə həbs edilib. Bu halda insanlar korona canavarına qalib gəlmək üçün canavarlaşmış bir hökumətə təslim olmağı normal qəbul edə bilərlər.

Sual verə bilərsiniz ki, bəs bunda problem nədir? Əgər bu hökümət həyatı normal vəziyyətə çevirəcək gücə sahibdirsə, onda niyə şansımızı yoxlamayaq ki?

Tutaq ki, yoxladıq. Amma nəzərə alaq ki, dünya bunu dəfələrlə yoxlayıb. Eyni şeyi təkrarlamaqla daha yaxşı nəticə alacağını düşünmək dəlilik olar.

İkinci Dünya Müharibəsindən əvvəl Almaniyadakı Nasist Partiyası ilə İtaliyadakı Faşist partiyasını buna misal çəkə bilərik. Yaxud da İspaniyanı 40 il boyunca bir “soyuducuda” saxlamış general Franko buna nümunə ola bilər.

Bütün bunlar zəif və uğursuz rəhbərliklərin dağıntıları üzərində yüksələrək iqtidarı ələ keçirdilər. Məsələn, Hitler Almaniya dövlətinə nizam-intizamı və effektivliyi geri qazandıra bildi, lakin sonradan güc qaynaqlarını bir-bir ələ keçirib əsl canavara çevrildi. Daha sonra isə Almaniyanı və bütün dünyanı 50 milyon insanın həyatına son qoyan bir müharibəyə sürüklədi.

Böyük qorxuları olan insanlar təslim olmağı və öz azadlığından imtina etməyi asanlıqla qəbul edirlər. İnsanları nəzarətdə saxlamaq üçün onların qorxularını çoxlu əfsanələrlə daha da böyüdürlər.

Qarşımızda güclü alternativlər olmasa belə, vəziyyət bizim nəzarətimizdən kənarda deyil. Hələ də seçim etmək imkanımız var: qorxu yayanlara təslim olaq, yoxsa maddi enerjidən istifadə edərək korona “Leviatan”ına qalib gələnə qədər dəfələrlə cəhd edək?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Ən çox oxunanalar