Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dönər+ayran cəmi 1 manat...

Ekspertlər deyirlər ki, dönər alarkən sertifikat tələb etmək, gigiyenik qaydalara əməl olunub-olunmadığına fikir vermək vacibdir...

PİA.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dönər+ayran cəmi 1 manat... Şəhərimizin bəzi dönərxanalarında bu cür "kampaniya"ların, yəqin ki, siz də şahidi olubsunuz. Maraqlı məqam odur ki, bu dönərxanaların müştərisi heç vaxt əksik olmur. Yəni əksəriyyətimiz üçün "qiymət ucuz olsun, keyfiyyət elə də önəmli deyil" prinsipi əsadır. Dönərdən ən çox istifadə edənlər isə büdcəsinə qənaət edən məktəblilər və tələbələrdir. Təəssüf ki, bir çox hallarda, ucuz təklif olunan dönərlər böyük faciələrə səbəb olur. Onu da qeyd edim ki, təkcə ucuz dönərxanalarda deyil, bahalı restoranlarda belə, dönərlə bağlı ciddi problemlər yaşanır. Bəs görəsən istehlakçılar dönər alarkən hansı amillərə əsaslanmalı, keyfiyyətli dönəri necə müəyyənləşdirməlidirlər?

Milli Kulinariya Mərkəzi rəhbərinin müavini Ceyran Əsgərova bildirdi ki, istehlakçılar üçün keyfiyyətli dönəri seçmək çətin məsələdir: "Çünki ilkin baxışdan qiymətləndirmə aparmaq mümkün deyil. Ona görə də, seçim edərkən qiymət məsələlərinə diqqət etmək olar. Qiymət siyasətinə əsasən, ümumi bir nəticə çıxarmaq olar. Dönərin ətinin keyfiyyətinə müvafiq qurumlar nəzarət etməlidir. İstehlakçılar bəzən düzgün seçim etməyə bilər. Xüsusi kriteriya yoxdur ki, bu ətin keyfiyyətli olduğunu təyin etmək mümkün olsun. Bəzi yerlərdə dönər və sərinləşdirici içkinin qiymətinin bir manat olduğu yazılır. Məntiqi cəhətdən, nə toyuq, nə də ət dönəri bu qiymətə ola bilməz. Keyfiyyətli dönər seçimi etmək üçün normal şəraitdə hazırlanan məhsulları istifadə etmək daha məsləhətdir. Amma bu o demək deyil ki, bahalı restoranlarda verilən bütün dönərlər keyfiyyətlidir. Belə halların dəfələrlə şahidi olmuşuq. Bu da həmin restoranlardakı məhsulun keyfiyyətli olmadığından xəbər verir. Ümumilikdə isə aidiyyəti orqanlar mütəmadi olaraq monitorinq aparmalıdır".

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dönər dünyanın bir çox ölkələrində hazırlanır və istehlak edilir: "Azərbaycanda da ən çox yeyilən hazır yeməklərdən biri məhz dönərdi. Lakin bu sahədə ciddi problemlər var. Əsas məsələlərdən biri də dönərxanalarda keyfiyyətli ətdən istifadə olunmamasıdır. Şişə taxılan ətin çöl tərəfi qızarır, içəri tərəfi isə çiy qalır. Ətin mərkəzinə isti keçdikcə, qan plazması axıb qabdakı ətlərə qarışır. Bu isə o deməkdir ki, heyvanda olan xəstəliklər qan vasitəsi ilə ətə yayılır. Belə dönərxanalarda heyvan xəstəliklərinin yayılması riski çox yüksəkdir. Bu problemin qarşısını almaq üçün hələ 5 il öncə dövlət tərəfindən müəyyən standartlar hazırlandı. Standarta uyğun dönər hazırlayan bir neçə şirkət fəaliyyət göstərir. Heyvan xəstəliklərinin insana keçməməsi üçün ət mənfi 40 dərəcədə şok dondurmadan keçirilir, beləliklə, ətin tərkibindəki bütün xəstəlik törədən bakteriyalar məhv olur. Dönərxanalara satılan belə ət tamamilə təhlükəsizdir. Aparılan tədqiqat işləri göstərir ki, bu şirkətlərdən ət alan dönərxanaların sayı çox cüzidir. Əksər dönərxanalarda sertifikat yapışdırılıb. Amma bəzən bu sertifikatlar reallığı əks etdirmir. Ona görə də, istehlakçılar diqqətli olmalıdırlar. Bu məsələ ilə bağlı daxil olan şikayətlərin sayı həddən çoxdur".

Qida eksperti İsa Əliyev məsələ ilə bağlı bəzi məqamları qeyd etdi: "İndiyə kimi bu məsələ ilə bağlı mətbuatda xeyli yazılar yazılıb. Dönər alarkən ətin keyfiyyətindən əlavə, dönərin satıldığı və bişirildiyi yerdə sanitar-gigiyenik qaydalara riayət olunub-olunmadığına fikir vermək lazımdır. Əksər dönərxanalar yolun qırağında yerləşir və havadakı bütün toz və çirk ətin üzərinə qonur. Hətta ət keyfiyyətli olsa belə, bu çirk və toz onun üzərinə qonur. Belə ət mikrobioloji olaraq çirklənmiş və zərərli ətdir. Bundan əlavə istehlakçılar dönər alarkən istifadə olunan ətin sertifikatını tələb edə bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin bu məsələ ilə bağlı normativləri mövcuddur. İstehlakçılar restoran və dönərxanalardan sertifikat tələb etməkdən çəkinməməlidir. Bu, onların haqqıdır. Dönər alarkən onu hazırlayan şəxsin əlcəkdən istifadə edib-etmədiyinə də diqqət etmək lazımdır. Təəssüf ki, bir çox hallarda dönərxanaların əksəriyyətində dönər hazırlayan şəxslər əlcək və xüsusi geyim geyinmir. Belə yerlərdə təhlükəli bakteriyalar çoxalır və insanların zəhərlənməsinə səbəb olur. Belə halların dəfələrlə şahidi olmuşuq. Amma bu o demək deyil ki, bütün dönərlər keyfiyyətsizdir. Ona görə də, istehlakçılar güvəndikləri və etibar etdikləri restoranlardan dönər almalıdır. Ətin keyfiyyət standartlarına dair sertifikat tələb etməyi də unutmaq lazım deyil. Artıq bəzi restoranlarda mətbəxlər şəffaf şüşədən hazırlanır. Müştəri mətbəxdə gedən bütün prosesi kənardan izləyə bilir. Bu trend Avropada və Azərbaycanda tətbiq olunmağa başlayıb. Ölkəmizdə fəaliyyət göstərən bir sıra restoran şəbəkələri belə həll yollarına müraciət edib. Xüsusilə dönər və bu qəbildən olan məhsulları etibarlı restoranlardan almaq lazımdır. Çünki burada mövzu bizim öz sağlamlığımızdır".

pia.az


Etiket: dönər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar