Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN və DSX-dən birgə əməliyyat:6 tondan artıq olan çətənə kolu məhv edilib

 

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 28-29-da polis əməkdaşlarının, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 17 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 513 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb, çəkisi 6 tondan artıq olan 8 min ədəd çətənə kolu məhv edilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Şahlar Qasımovdan 1 kiloqramdan artıq heroin götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Balakən Rayon Polis Şöbəsi, DİN Daxili Qoşunlar Baş İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət qoruğunun Balakən rayonunun Gərəkli kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 500 ədəd çətənə kolu və çəkisi 15 kiloqram 665 qram olan marixuana aşkar edilərək götürülüb, Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq 3254 ədəd çətənə kolu məhv edilib.

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri tədbirlər nəticəsində rayonun Kəpənəkçi, Uzunqamalar və Yuxarı Tala kəndləri ərazilərində yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 4900 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

pia.az


Etiket: DİN DSX çətənə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar