Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM bu abituriyentlərə müraciət etdi

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin hərəkətlər üzrə nəticələri onların 11 illik təhsil bazasından kolleclərin idman ixtisaslarına qəbul üçün qeydiyyatdan keçdikləri qabiliyyət imtahanı komissiyalarına şamil ediləcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bundan əvvəl bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Məşqçilik (61, 62, 78, 79, 84 və 85-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunub. Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin idman ixtisaslarına qəbul üçün bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Fiziki tərbiyə müəllimliyi (152, 452, 552, 652, 752, 852 və 952-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə şamil olunub.

Abituriyentlərin nəzərinə çatdırılıb ki, imtahana gələrkən mütləq özləri ilə sağlam olduqlarını təsdiq edən sağlamlıq arayışını gətirməlidirlər. Gecikən abituriyentlər imtahana buraxılmayacaq.

Qeyd edilib ki, qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı - keçirilməyən imtahanlara şamil oluna bilər. Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar