Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin Amerikanın İran əməliyyatı: 60 il əvvəlki hadisələr üzə çıxır...

Ortaya çıxan sənədlərdə Müsəddiq və onun liderlik etdiyi “Milli Cəbhə Partiyası” hökumətinin devrilməsinə səbəb olan hərbi çevrilişin ABŞ-ın sifarişi ilə təşkil olunduğu rəsmən qeyd edilir...

Bülent Erandaç

“Takvim” qəzeti, Türkiyə, 3 may 2020-ci il

MKİ 60 il əvvəl İranda baş vermiş və dövrün millətçi baş naziri Məhəmməd Müsəddiqin devrilməsi ilə nəticələnən çevrilişlə bağlı məsuliyyətini rəsmi olaraq qəbul edib. Açıqlanmış sənədlərdə rəsmi olaraq Müsəddiq və onun liderlik etdiyi Milli Cəbhə Partiyası hökumətinin devrilməsinə səbəb olan hərbi çevrilişin ABŞ xarici siyasəti çərçivəsində MKİ-nin sifarişi ilə təşkil olunduğu qeyd edilir.

Sənəddə deyilir ki: “İranı Sovet hücumu qarşısında açıq hala gətirməmək üçün ABŞ TPAJAX planlamağa və həyata keçirməyə məcbur qaldı”.

Demək olar, hər mərhələdə hökuməti devirmək üçün yerli ortaqlarla birgə çevriliş planı quran MKİ TPAJAX kod adından istifadə edirdi. Sui-qəsd prosesi Müsəddiqi devirmək üçün təbliğat aparmaq, Şah Rza Pəhləvini əməkdaşlıq üçün razı salmaq, millət vəkillərinə rüşvət vermək, təhlükəsizlik qüvvələrini təşkil etmək və nümayişlər keçirmək kimi bir neçə mərhələdən ibarət idi.

1 may 1977-ci ildə İstanbulun Taksim səmtindəki hadisələrdən xəbərimiz vardı. Taksimdə baş verən 1 may hadisələri 12 sentyabra gedən prosesdə Dərin ABŞ-ın Türkiyədə qeyri-sabitlik yaratmaq məqsədiylə keçirdiyi bir MKİ əməliyyatının başlanğıcı idi.

ABŞ Kəşfiyyat İdarəsi 5 iyun 1977-ci ildəki seçkilərdən əvvəl çevriliş hazırlayırdı. Həmçinin, çevrilişə zəmin hazırlamaq üçün bir sıra qətliamlar həyata keçirirdi. Yeni 12 sentyabr hadisələrinin əsası qoyulurdu. 12 sentyabr çevrilişini 1970-ci illərdə MKİ-nin Türkiyə rəhbəri olan Paul Hens ABŞ prezidenti Cimmi Karterə “bizim uşaqlar bacardı”, deyə teleqram yollamışdı. İndi isə 38 ildən sonra bu “uğurun” sənədləri yayımlanır.

Onsuz da çevrilişi həyata keçirən bütün siyasi qruplar “biz bütün ittifaq və öhdəliklərimizə, o cümlədən NATO-ya sadiqik”, bəyanatı verməklə onları dəstəkləyən xarici qüvvələrə sədaqət vəd etdiklərini bildirmişdilər və buna görə də, Qərbin dəstəyini başa düşmək üçün əlavə sübutlara ehtiyac yoxdur.

Yeni ortaya çıxan sənəddə o dövrdə ABŞ-ın Ankaradakı səfiri olan Ceyms Speyn “Ordunun (rəhbərliyi) ələ keçirməsindən sonra ABŞ-Türkiyə münasibətləri”, başlıqlı yazışmasında çevriliş edənlərin sədaqət bəyanatının qəbul edilməsi bu şəkildə ifadə edilir:

“Hazırki hərbi liderlərin hamısını yaxşı tanıyırıq və xüsusilə də, NATO üzvlüyü başda olmaqla, Türkiyədə təhlükəsizlik və ya xarici siyasət baxımından dəyişiklik baş verməsi istiqamətində heç bir narahatlığa ehtiyac duymuruq”.

Əsas siyasi qrupların çevrilişdən əvvəlki fəaliyyətləri ilə bağlı gələcəkdə yayımlanacaq sənədlər çox vacibdir.

27 may 1960-dan 15 İyula qədər olan bütün çevrilişlərin “mümkün şərtlərini” yaratmaq üçün daxildə necə xaos yaradıldığı ilə bağlı sənədlər də bir gün ortaya çıxacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar