Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa namizəddən Prezidentə müraciət: "Bizim dairəni şəxsi nəzarətinizə götürün"

Deputatlığa namizəd Prezidentə müraciət etdi...

Redaksiyamıza müraciət edən bir qrup Mingəçevir şəhər sakini bildirir ki, artıq bir neçə gündür, Mingəçevirdə fəaliyyətdə olan bütün idarə və müəssisə çalışanlarının şəxsiyyət vəsiqələri rəhbərləri tərəfindən yığılıb.

Sakinlərin bildirdiyinə görə, bütün bunlar qarşıdan gələn 9 Fevral Milli Məclis seçkiləri ilə əlaqədardır.

Qeyd edək ki, sözügedən faktla yanaşı Mingəçevirdən gələn məlumatlarda bildirilir ki, 47 saylı seçki dairəsindən deputatlığa namizəd Aydın Mirzəzadənin xeyrinə işarələnmiş hazır bülletenləri seçki qutularına atmaq kimi bir təlimat almış dəstələr də məhz büdcə təşkilatlarında formalaşdırılıb.

Məlumata görə, hər bir idarə və müəssisədə 5 nəfərdən ibarət qruplar yaradılıb və onlara əvvəlcədən işarələnmiş bülletenlər veriləcək ki, müxtəlif məntəqələrdə "karusel" şəklində qutuları doldursunlar. Bununla bağlı məntəqə sədrləri də əvvəlcədən məlumatlandırıldığından onlara yalnız rəqib namizədlərin müşahidəçilərindən başqa kimsənin maneçilik törətməyəcəyi bəlli olur. Hər halda planları belədir.

Xatırladaq ki, dünən 47 saylı Mingəşevir seçki dairəsindəki saxtalaşdırma tədarükündən narahatçılıq keçirən deputatlığa namizəd Məhəmməd (Ərsoy) Zamanov Prezident İlham Əliyevə müraciət edib.

Bununla bağlı son açıqlamasında Məhəmməd Zamanov bildirib ki, bütün saxtalaşdırma tədarüklərindən xəbərdardırlar və Prezidentə növbəti dəfə müraciət edəcək və Prezidentdən 47 saylı dairənin onun şəxsi nəzarətinə götürülməsini xahiş edəcək: "Artıq Prezidentə rəsmi müraciətə hazırlaşırıq..."

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar