Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "Soyuq bulaq" deyilən ərazidə qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü - Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.
Faktla bağlı araşdırma aparılır.
pia.az