Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə 6 uşaq anası əri tərəfindən bıçaqlandı- Yenilənib

Daşkəsən şəhərində 51 yaşlı qadının yaşadığı binanın önündə əri tərəfindən bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə ailənin yaşadığı Daşkəsən rayon İsmət Qayıbov küçəsində binanın önündə baş verib.

Şəxsi münasibətlər zəminində, 1970-ci il təvəllüdlü Zülfiyyə Məhərrəmova əri Ramiz Məhərrəmov tərəfindən qarın boşluğundan bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Məhərromov bıçaqla hadisə yerinə çağrılan tibb işçilərinə qarşı da hədə qorxu gəlib. Lakin sonra bıçaq ondan alınıb və daha sonra yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Bir bıçaq xəsarəti alan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis şöbəsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Daşkəsən şəhərində yerli sakin bıçaq xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb. Rayon sakini, 41 yaşlı Zülfiyyə Məhərrəmova bıçaq xəsarəti alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

İlkin ehtimala görə, qadın həyat yoldaşı Ramiz Məhərrəmov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ən çox oxunanalar