Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danimarkanın XİN rəhbəri Quranın yandırılmasına görə üzr istədi

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen müsəlman ölkələrinin Kopenhagendəki diplomatik nümayəndəlikləri qarşısında Quranın yandırılması ilə bağlı insidentlərə görə üzr istəyib...

Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Rasmussen Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı aparıb.

O, müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin diplomatik nümayəndəliklərinin binaları qarşısında müqəddəs Qurani-Kərimin yandırılması ilə bağlı baş verən hadisələrdən təəssüfləndiyini bildirib.

Rasmussen Quranın yandırılmasını qəbuledilməz hadisə adlandırıb və üzr istəyib. Onun sözlərinə görə, belə hadisələr Danimarka cəmiyyətindəki tolerantlıq ənənələrinə tamamilə ziddir.

Siyasətçi onu da qeyd edib ki, Danimarka hökuməti bu cür hərəkətləri qadağan edən qanun layihəsini yekunlaşdırır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar