Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha iki rus oliqarxın yaxtası müsadirə olundu

İtaliya polisi rusiyalı oliqarx, Rusiyanın ən zəngin adamı Aleksey Mordaşova məxsus yaxtanı müsadirə edib. virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, Mordaşov Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə bu həftə  Avropa İttifaqının qara siyahısına daxil edilmişdi.

Mənbə agentliyə deyib ki, oliqarxın 65 metr uzunluğundakı “Ledi M” adlı yaxtası İtaliyanın şimalındakı İmperiya limanında müsadirə olunub. Mənbənin bildirdiyinə görə, digər rusiyalı oliqarx-milyarder Gennadi Timçenkoya məxsus yaxta da İmperiya limanında bloklanıb və tezliklə həbs olunacaq. Hər iki oliqarx Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına daxildir.

“Lady M” yaxtası 2013-cü ildə Amerikada istehsal olunub və dəyəri hazırda 27 milyon dollar qiymətləndirilir.

Mordaşov öz sərvətini “Severstal” polad istehsalçısı şirkəti ilə qazanıb. Onun sərvəti 30 milyard dollara yaxındır. Timçenko isə Rusiya neftinin ticarəti  ilə məşğul olaraq varlanıb.

Bundan əvvəl özbək əsilli rusiyalı oliqarx-milyarder Alişır Usmanovun “Dilbər” adlı 600 milyon dollarlıq yaxtası Almaniyanın Hamburq limanında müsadirə olunmuşdu. Onun ardınca isə Fransada “Rosneft” prezidenti, oliqarx İqor Seçinin yaxtası müsadirə edilmişdi. (virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Ən çox oxunanalar