Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ölkədə vaksinasiyadan keçməyənlərin işdən çıxarılmasına başlanacaq

Başqırdıstanda Əmək Məcəlləsinə əsasən, dekabrın 19-dan işəgötürənlər koronavirusa qarşı peyvənd olunmamış işçiləri çıxarmağa və ya uzaq rejimə keçirməyə başlayacaqlar.

“Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən peyvənd olunmamış işçini işdən kənarlaşdırmalı, yaxud distant rejimə keçirməlidir”, - deyə Başqırdıstan “Rospotrebnadzor” departamentindən bildiriblər.

Daha əvvəl bildirilmişdi ki, “Rospotrebnadzor”un Başqırdıstan departamentinin qərarı ilə respublikanın Səhiyyə Nazirliyinə 60 yaş və yaşları yuxarı olan vətəndaşlar, tibb, təhsil, sosial xidmət, nəqliyyat işçiləri, könüllülər, ticarət, xidmət, mənzil-kommunal təsərrüfatı, mədəniyyət sahəsinin əməkdaşları və s. üçün koronavirusa qarşı peyvənd təmini tövsiyə edilib.

Bildirilib ki, işəgötürənlər dekabrın 18-dək işçilərin 80 faizinin peyvəndin iki komponenti ilə peyvənd olunmasını təmin etməlidirlər. Sonradan icbari peyvənd olunacaqlar sıyahısına sənaye, tikinti və layihələndirmə, kənd təsərrüfatı və emal sənayesi sahələrində çalışan təşkilatlar və fərdi sahibkarlar, o cümlədən müqavilə əsasında işləyənlər də əlavə edilib. Bu kateqoriyadan olan vətəndaşlar 30 dekabr 2021-ci il tarixinədək tam peyvənd edilməlidir.

Departamentdən bildirilib ki, sənaye, tikinti və kənd təsərrüfatı sahələrində yoxlamalar dekabrın 30-dan sonra aparılacaq.

Latviyada, Özbəkistan və s. ölkələrdə qanuna yeni düzəliş işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir. ABŞ-da isə federal hökumətin işçiləri, podratçılar və səhiyyə əməkdaşları peyvənd olunmadıqları təqdirdə işdən kənarlaşdırılacaqlar.(RİA Novosti)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar