Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 4 istiqamət üzrə “biletim.az” portalından onlayn bilet almaq mümkündür

“Biletim.az” portalından onlayn bilet almaq mümkündür... 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 4 məntəqə əlavə edilib.

Poliqon.info nazirliyə istinadən xəbər verir ki, sərnişinlər artıq Bakıdan Göygöl, Qazax, BiləsuvarXaçmaza, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər.

Sistemdə bu günə kimi Bakıdan Gəncə, Qazax (Qırmızı Körpü), Gədəbəy, Bərdə, Tərtər, Ağcabədi, Mingəçevir, Göyçay, Kürdəmir, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Şabran, Quba, Qusar, Xudat, Astara, LənkəranHoradizə olmaqla, 23 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 27-yə çatıb.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 76-ya, nəqliyyat vasitələrinin sayı isə 158-ə çatdırılıb.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Poliqon.info 


Etiket: Bilet


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Ən çox oxunanalar