Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycana kiberhücum riskini artırır“


Geosiyasi risklər fonunda Azərbaycan kiberhücumlara daha çox məruz qalmaq təhlükəsi ilə üz-üzədir


Bunu APA-ya açıqlamasında "Kaspersky Lab" şirkətinin vitse-prezidenti Anton Şinqaryov deyib.

Onun sözlərinə görə, kiberhücum təhlükəsi hər bir ölkə üçün hər zaman var: "Sürətlə dəyişən dünyada hər şey əvvəlki kimi deyil. Bu təhlükə sərhəd tanımır. Azərbaycanda IT sahəsinə maraq böyükdür, ölkədə güclü proqramçılar var. Lakin onların bəziləri sənətin digər tərəfini seçir və kibercinayətkara çevrilir. Bu, hər bir ölkəyə xas olan problemdir. Bundan başqa, qonşularla siyasi-hərbi münaqişə şəraitində yaşayan ölkələrdə kiberhücum riski yüksək olur. Biz bilirik ki, qonşuları ucbatından Azərbaycan asan olmayan geosiyasi şəraitdədir. Mən Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu baxımdan IT infrastrukturun qorunması Azərbaycan üçün olduqca önəmlidir. Bununla yanaşı, ölkənin güclü sənayesi və maliyyə sektoru var. Bu da potensial riskləri artırır".

Vitse-prezident onu da qeyd edib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski yaxın günlərdə Bakıya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində şirkətin rəhbəri "Formula-1" yarışının Bakı Qran-prisini izləyəcək.

"Bilirsiniz ki, "Kaspersky Lab" "Ferrari" komandasının sponsorudur. Yevgeni "Formula-1", sürət həvəskarıdır", - A.Sinqaryov əlavə edib.

Şirkət rəsmisi deyib ki, böyük ehtimalla, Bakıya səfəri çərçivəsində Y.Kasperki prezidenti İlham Əliyevlə görüşəcək: "Hər şey qrafikdən asılıdır. Belə bir istək var, lakin görüş təsdiqlənməyib".

O həmçinin bildirib ki, səfər zamanı bir sıra dövlət qurumlarının və iri şirkətlərin rəhbərləri ilə görüş planlaşdırılır: "Güclü sənaye sektoruna malik olan Azərbaycan bizim üçün olduqca əhəmiyyətli bazardır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar