Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir

Respublikanın Xunzax rayonunda Qafqaz müharibəsinin qəhrəmanı Hacı muradın qalıqlarının yenidən dəfn edilməsi mərasiminin keçirilməsi ilə əlaqədar Dağıstan nümayəndə heyəti Azərbaycana gəlmək niyyətindədir

Virtualaz.org Regnum-a istinadən xəbər verir ki, bunu «Lev Tolstoy və Dağıstan» layihəsinin koordinatoru Cəmaluddin Ömərov və «Qafqaz xalqlarının Rusiya konqresi» ümumrusiya hərəkatının sədr müavini Denqa Xalidov bildiriblər.

Xatırladaq ki, iyunun 2-də Dağıstanın Xunzax kəndində 1853-cü ildə Azərbaycanın Qax rayonunda – qətlə yetirildiyi yerdə dəfn edilmiş Hacı Muradın güman edilən qalıqlarının Dağıstanın Xunzax kəndində yenidən dəfni mərasimi keçirilmişdi. Xunzax rayonunun yetirməsi, Dövlət Dumasının deputatı Hacımurad Ömərov tədbirin təşəbbüskarı və bilavasitə iştirakçısı olmuşdu. Məlumat verilirdi ki, naibin qalıqları Azərbaycanda gizli şəkildə qəbirdən çıxarılaraq ölkədən aparılmışdı.

Onların sözlərinə görə, təşəbbüs qrupu QaxZaqatala rayonlarının ictimaiyyəti və rəhbərliyi ilə görüşəcək və imam Şamilin naibinin ilk dəfninin yerinin status müəyyənləşdiriləcək.

«Xunzax rayonunda bizim təşkilat komitəmizin, yerli administrasiyanın, ictimaiyyətin və naibin nəslindən olan insanların iştirakı ilə kiçik forum keçirildi. Onların hamısı Hacımurad Ömərovun qrupunun hərəkətlərini ittiham etdilər, lakin yenidən dəfni baş vermiş fakt kimi qəbul etdilər. Qalıqları yenidən Azərbaycana qaytarmağın mənası yoxdur. Bundan sonra kəllənin geri qaytarılması və qalıqlarla birləşdirilməsi ilə məşğul olacağıq», — Denqa Xalidov deyib.

Müzakirələrin gedişində həmçinin qərar qəbul edilib ki, Azərbaycanın QaxZaqatala rayonlarına səfər üçün nümayəndə heyəti formalaşdırılsın.

«İlk növbədə, Hacımurad Ömərovun hərəkətlərinə görə üzr istəmək istəyirik və izah etmək istəyirik ki, baş verənlərdə ondan başqa heç kimin təqsiri yoxdur. Hamı yenidən dəfnin əleyhinə idi, lakin o, heç kimdən soruşmadı», — Cəmaluddin Ömərov deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar