Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıdıcı tufan Yaponiya sahillərinə yaxınlaşır

Yaponiyada 12 nömrə adını alan Condari tufanı gücünü itirərək tropik qasırğaya çevrilib və hazırda Yaponiyanın mərkəzi hissəsindəki Mie prefekturasındadır

NHK telekanalı xəbər verir ki, tufan nəticəsində 8 prefekturada 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, tropik qasırğa cari ayın əvvəllərində aramsız yağışlardan zərər çəkən qərb rayonlarına doğru hərəkət edir. Yerli hakimiyyət orqanları sakinləri torpaq sürüşmələrindən və daşqınlardan qorunmağa çağırıb. Həmin rayonlarda leysan yağışlar barədə xəbərdarlıq da yayılıb.

Tropik qasırğa Yaponiyanın əsas adasının böyük bir hissəsinə güclü yağışlar gətirib. Yaponiyanın qərbinə bir saatda 120 millimetr yağıntı düşüb ki, bu da rekord sayılır.

Meteoroloqların bildirdiyinə görə, tropik qasırğa fərqli xətt üzrə hərəkət edərək gözlənilməyən rayonlarda leysan yağışlara və güclü küləyə səbəb ola bilər.

Bununla yanaşı, güclü tropik qasırğanın Şizuoka, Ayçi, Qifu və Mie prefekturalarında 150 min evi elektrik enerjisiz qoyduğu da bildirilir. (AzərTAc)

pia.az


Etiket: Yaponiya Tufan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar