Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN: "Nyu-Yorkda yük maşınlarında 60 meyit aşkarlanıb"

Polis Nyu-Yorkun Bruklin rayonunda yerləşən dəfn bürosu yaxınlığında dörd yük avtomobilində 60-dək meyit aşkarlayıb...

CNN-in verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, yük maşınlarından birində soyutma sistemi olmadığından meyitlərin iyi ətrafa yayılıb və yerli sakinlər polisə müraciət edib.

Telekanalın məlumatında deyilir ki, qeyd olunan dəfn bürosunda koronavirusdan vəfat etmiş şəxslərin kremasiyasından (meyitlərin xüsusi sobalarda yandırılması) əvvəl meyitlərin saxlanması üçün yer çatışmazlığı yaranıb. Bu səbəbdən də meyitlər soyutma sistemi ilə təchiz olunmuş yük avtomobillərində saxlanılıb. Lakin avtomobillərdən birinin soyutma sistemi olmadığından belə vəziyyət yaranıb.

Şəhər rəhbərliyindən bildirilib ki, soyutma sistemi ilə təchiz olunmuş xüsusi yük avtomobili ayrılıb, meyitlər ora yerləşdiriləcək.

Qeyd edək ki, Nyu-York ABŞ-da koronavirus pandemiyasının əsas ocaqlarından sayılır. Burada artıq koronavirusa 299 mindən artıq yoluxma, 23.4 mindən artıq ölüm qeydə alınıb. (APA)

pia.az


Etiket: CNN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ən çox oxunanalar