Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində əhalinin vaksinasiyası 2 mərhələdə təşkil olunacaq

Çində əhalinin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyasının 2 mərhələdə həyata keçirilməsi üçün strategiya hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Cen İsin bildirib. O, Çində COVID-19 infeksiyasının yayılmasının böyük dərəcədə nəzarət altına alındığı üçün kütləvi vaksinasiyadan əvvəl sadəcə böyük risk altında olanlara peyvənd vurulacağını deyib. Qış-yaz mövsümündə baş tutacaq ilk mərhələdə xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyətlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara, tibb işçilərinə və. s peyvənd vurulacaq. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunacaqlar.

Cen İsin bildirib ki, peyvəndlər iri həcmdə bazara daxil olandan sonra ikinci mərhələ başlayacaq və bütün əhalinin vaksinasiya mümkün olacaq. Bu mərhələdə kütləvi immunitetin yaranması təmin olacaq.

Qeyd edək ki, Çin mütəxəssislərinin COVID-19 infeksiyasına qarşı hazırladıqları peyvənd namizədlərindən hazırda beşinin 3-cü mərhələ kliniki sınaqları aparılır. "Sinopharm" şirkətinin 2, "Sinovac"ın bir peyvəndinə isə fövqəladə istifadəsi proqramı üçün icazə verilib. Hər 3 peyvənd təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Çində fövqəladə proqram çərçivəsində indiyədək təxminən bir milyon nəfərə COVID-19 peyvəndi vurulub. Hələlik heç bir mənfi reaksiya qeydə alınmayıb. Peyvənd vurulanların 60 min nəfəri xaricə, o cümlədən virusun çox yayıldığı ölkələrə səfər ediblər ki, onlar arasında indiyədək yoluxma qeydə alınmayıb.

pia.az 


Etiket: Vaksin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ən çox oxunanalar