Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin yuanın "gücünü artıraraq" dolların hökmranlığına meydan oxuyur

Çin öz ticarət üstünlüklərindən istifadə edərək yuanı ikitərəfli hesablaşmalarda inkişaf etdirir və ABŞ dollarının dünya dominanlığına meydan oxuyur...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.

Nəşrə qeyd edib ki, Çinin ticarət naziri Qo Tintin bu yaxınlarda ÇXR və Braziliyanın ticarət hesablaşmalarında yuana keçmək barədə razılığa gəliblər. Nazir qida və mineral sahələrində ikitərəfli əməkdaşlığı genişləndirməyi planlaşdırdıqlarını da bildirib.

“Bu, Pekinin milli valyutanın gücünü artırmağa və dolların təsirindən uzaqlaşmağa çalışdığını göstərir. Pekinin ticarət və investisiyalarda ABŞ dollarının əvəzinə yuanda hesablaşmaq istəməsi, Çinin dollar aktivlərindən asılılığını azaltmaq və Vaşinqtonun maliyyə kəməndindən qurtarmaq üçün planlaşdırdığı bir çox yollardan biridir”, deyə nəşr yazıb.

Nəşr bildirib ki, bundan əlavə, Çin Yaxın Şərq ölkələri ilə xam neft ticarətində yuanın istifadəsi ilə bağlı lobbiçilik edir, eləcə də ASEAN ölkələri ilə milli valyutada ticarət əməliyyatlarını genişləndirməyə çalışır. Xüsusilə, bu günə qədər İndoneziya, Vyetnam və Kamboca ilə milli valyutalarda hesablaşmalar haqqında sazişlər imzalanıb.

Poliqon.info


Etiket: Çin yuan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar