Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin lideri: Ümidimi Amerika xalqına bağlamışam...

“Mən həmişə Çin-ABŞ münasibətlərinin əsasını xalqların təşkil etdiyini düşünmüşəm. Ümidimi Amerika xalqına bağlamışam”.

Poliqon xəbər verir ki, bunu Çin prezidenti Si Tsinpin milyarder iş adamı Bill Qeytslə görüşündə deyib.

Pekində “Diaoyutai” Dövlət İqamətgahında baş tutan görüşdə ticarət məsələləri, eləcə də ABŞ və Çin arasında əlaqələr müzakirə olunub. Üç ildən artıqdır görüşmədiklərini xatırladan Si Tsinpin bildirib ki, Bill Qeyts Çinin inkişaf prosesinə töhfə verən köhnə dostdur.

“Mən həmişə Çin-ABŞ münasibətlərinin təməlinin insanlar olduğunu düşünmüşəm, ümidimi Amerika xalqına bağlamışam. Bu gün dünyanın indiki vəziyyətində biz iki ölkə, iki xalq üçün, bütün bəşəriyyət üçün faydalı olan çoxlu işlər görə bilərik. Biz bunu asanlaşdırmaq üçün addımlar atırıq”, Si Szinpin bildirib.

Bill Qeyts isə Çin prezidenti ilə görüşmək fürsəti əldə etməkdən şərəf duyduğunu bildirib: “Keçmişdə çox yaxşı ünsiyyətimiz olub. Bu gün sizinlə müzakirə edəcəyim çox vacib məsələlər var. Son 4 ildə Çinə gələ bilmədiyim üçün çox üzüldüm. Ona görə də yenidən qayıtmaq çox həyəcanlı idi”.

“Çin yoxsulluğun azaldılması və koronavirus epidemiyasına cavab tədbirlərinin görülməsində diqqətəlayiq uğurlara imza ataraq dünyaya yaxşı nümunə göstərib. Bill & Melinda Qeyts Fondu son illərdə Çin ilə əməkdaşlıq əlaqələri inkişaf etdirib”, deyə Bill Qeyts əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar