Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov İsveçrənin yeni səfiri ilə görüşüb

17 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib...

XİN-dən Poliqon-a verilən xəbərə görə, görüş zamanı səfir Tomas Ştehli etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan anti-terror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı qeyd olunaraq BMT rəsmilərinin bölgəyə son səfərı sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib.

Səfir Tomas Ştehli ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar