Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənub bölgəsinin dindarları Nardaran ekstremizmini pislədi


Cənub bölgəsində yaşayan dindarlar bəyanat yayıb


Bu barədə virtualaz.org saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Xəbərdə deyilir ki, cənub bölgəsində yaşayan dindarlar noyabrın 26-da Sabunçu rayonunun Nardaran  qəsəbəsində baş vermis hadisələrlə bağlı bəyanat imzalayıblar.

Bəyanatda deyilir: “Son günlər baş vermiş hadisələr bütün ölkə dindarları kimi bizi də ciddi narahat edir. Özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qınayırıq.

Heç bir rəsmi statusu olmayan “Müsəlman Birliyi Hərəkatı”nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. Hesab edirik ki, regionun indiki həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar. Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizin milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri bu dairələrin məkrli niyyətlərini bariz şəkildə göstərir.

Dinimizdən sui-istifadə edilməsi, onun siyasi məqsədlərə alət olunması  sülh və əmin-amanlıq dini olan İslama nəinki fayda verir, əksinə, islamofobiyanın artdığı bir dövrdə terrorizmin dinimizlə əlaqələndirilməsi istiqamətində kampaniya aparan bəzi qüvvələrin dəyirmanına su tökür, dünyada öz tolerantlığı və dini sabitliyi ilə seçilən respublikamızın müsbət imicinə mənfi təsir göstərir.

Azərbaycan dünyəvi dövlətdir və bütün dini etiqadlara bərabər şərait yaradılıb. Həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir. Hər bir inanclı rahat şəkildə ibadətlərini yerinə yetirə bilməklə yanaşı ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Dövlət tərəfindən dinə yüksək qayğı göstərildiyi bir vaxtda müsəlmanların sıxışdırılması iddiaları ilə çıxışlar etmək, inanclıları dövlətə qarşı qaldırmaq cəhdlərinin heç bir əsası yoxdur.

Bütün bunları nəzərə alaraq biz inanclıları belə hadisələrdən ibrət almağa, Azərbaycan dövləti və onun prezidenti ətrafında sıx birləşməyə çağırır, öz xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş  polislərimizə Allah-Təaladan rəhmət diləyirik”.

Bəyanatı onlarla dindar imzalayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - Yenilənib

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar