Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənub bölgəsində güclü külək nəticəsində ziyan görən məktəb və bağçalar açıqlanıb

Aprelin 21-də baş verən güclü külək nəticəsində bir neçə məktəb və bağçaya ziyan dəyib...

Lənkəran-Astara Regional Təhsil İdarəsi APA-nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, CəlilabadMasallı rayonunda güclü külək və dolu ilə müşahidə edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Belə ki, rayonun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta məktəblərinin tədris və yardımçı binalarının dam örtükləri, pəncərələri və bəzi taxta konstruksiyalarına ciddi ziyan dəyib.

Şəhər 5 nömrəli ümumi orta məktəbin isə dam örtüyünə qismən ziyan dəyib.

Masallı rayonu Təzə Alvadı kənd uşaq bağçasının dam örtüyü yararsız vəziyyətə düşüb (dam örtüyü uçub). Güclü küləklə yanaşı yağan leysan yağış bağçanın tədris və yataq otaqlarına da ciddi ziyan vurub.

Qeyd edək ki, Təzə Alvadı kənd uşaq bağçası 1988-ci ildə tikilib istifadəyə verilib. Hazırda bağçada 60 uşaq olmaqla 3 qrup fəaliyyət göstərir. İstifadəyə verildikdən sonra bağçada cari və ya əsaslı təmir aparılmayıb.

Eyni zamanda külək nəticəsində Sığıncaq kənd tam orta məktəbin idman zalının dam örtüyü və Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbin qazanxanasının üstü uçub.

Ziyan dəymiş müəssisələrə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfində baxış keçirilib, qüsur aktları tərtib edilib və qısa vaxt ərzində işin icrasına başlanılacağı bildirilib.

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi digər korpuslarda iki növbəli sistemə keçərək davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar