Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: “Qarabağ”ın III raunddakı potensial rəqibləri bilinib

Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Apasport.az saytınnı məlumatına görə, bu raundda İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın artıq III təsnifat mərhələsindəki potensial rəqibləri də bəllidir.

Ağdam klubu “Sürix” səddini aşacağı təqdirdə növbəti mərhələdə də səpələnmişlərin sırasında yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələri nisbətən zəif çempionlardan biri ilə qarşılaşacaq.

Yalnız iki komanda III raunddan mübarizəyə qoşulacaq. Onlardan “Srvena Zvezda” (Sebiya) güclülərin, “Apollon” (Kipr) isə zəiflərin səbətində qərarlaşacaq. Yəni Kipr klubu “Qarabağ”a potensial rəqiblərdən biridir. Digər mümkün rəqiblər isə II təsnifat mərhələsinin cütlərinin qaliblərindən formalaşacaq. Bunlar “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Maribor” (“Sloveniya”) – “Şerif” (Moldova), “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq), “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) və “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütlərinin qalibləri olacaq. “Pünik” bu turnirdə mübarizəni davam etdirəcəyi təqdirdə Azərbaycan çempionu ilə düşməyəcək və potensial rəqib sayı 5-ə enəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)

Səpələnməmişlər
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Apollon” (Limassol, Kipr)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə) cütünün qalibi
PSV (Niderland)

Səpələnməmişlər
“Monako” (Fransa)
“Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
“Şturm” (Avstriya)
“Union” (Belçika)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq. Bu raundun oyunları isə avqustun 2-3-də və 9-10-da baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar