Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: "Neftçi" bu gün "Olimpiakos"la qarşılaşacaq

"Neftçi" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Ağ-qaralar" II təsnifat mərhələsinin cavab matçında Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. "Bakcell Arena"dakı görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edəcək.

Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. Flaqmanın heyətində ilk görüşdə ağır zədə almış Namik Ələskərov ilk qarşılaşma qırmızı vərəqə alan Mert Çelik oynaya bilməyəcək. Pirey təmsilçisində isə 8 itki var. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxacaqlar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.

Qeyd edək ki, ilk görüşdə "Neftçi" rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının III raundunda HİK (Finlandiya) ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi

Cavab oyunu

28 iyul

21:00. "Neftçi" - "Olimpiakos" (Yunanıstan)

Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya)

Bakı. "Bakcell Arena"

İlk oyun - 0:1

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar