Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadın 9 kəndində internet problemi yaranıb

Cəlilabad rayonunun 9 kəndinə telefon xəttlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.

Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, rayonun bir sıra kəndlərində telefon xəttləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: "Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb. İnternet də demək olar, yox vəziyyətindədir".

Problem ilə bağlı "Aztelekom" MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: "MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir: "Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Ən çox oxunanalar