Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda “Facebook“ zarafatı ölümlə bitdi


Cəlilabad şəhər sakini, 1997-ci il təvəllüdlü R. Ə. həmyaşıdı E. H.-ı öldürməyə cəhd edib (həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı üçün adlarını açıqlamırıq).


Hadisə 12 iyun 2013-cü il tarixdə, saat 18.00-da baş verib

Cəlilabad şəhəri, H.Əliyev prospektində 403 nömrəli ünvanda yerləşən ərzaq mallarının satışı mağazasının yaxınlığında R. Ə. məktəbli yoldaşı E. H. ilə mübahisə edib. Məktəblilərin mübahisəsi sonradan davaya keçib. Dava zamanı R.Ə. həmyaşıdını bıçaqlayaraq öldürməyə cəhd edib.

E.H. ağır bıçaq xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün E.H.-nın həyatını xilas etmək mümkün olub. Bundan sonra cinayəti törədən məktəbli həbs edilib.

“Facebook”da E.H mənə dostluq göndərib”

R.Ə. Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən R. Ə. elan olunmuş ittijam üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, E. H.-ı qorxutmaq üçün bıçağı götürdüyünə görə özünü təqsirli bilir. Onun sözlərinə görə, E. H. onunla bir məktəbdə, paralel sinifdə oxuyub: “Əvvəllər E. H. ilə münasibətlərimiz yaxşı olub. “Facebook” sosial şəbəkəsində ilk dostluğu E. H. mənə göndərib. Bundan sonra onunla sosial şəbəkədə danışmağa başladıq”.

“Sən kimsən ki, mənimlə zarafat edirsən”

R. Ə. ifadəsində daha sonra qeyd edib ki, əvvəllər E. H. ilə zarafatları olub: “2013-cü ilin may ayının sonunda son zəngdən sonra “Facebook”da E. H-yə zarafatla məktub yazdim ki, sabah məktəb var. Buna cavab olaraq  E. H. məni nalayiq söyüşlər  söydü. Ona dedim ki, niyə söyüş söyürsən, səninlə zarafat edirəm. E. H. isə “sən kimsən ki, mənimlə zarafat edirsən” deyərək yenə də məni söyməyə başladı. Ona söyüşü geri götürməsini, mənimlə belə zarafat etməməsini dedim”.

“Məktəbdə E. H məni söyürdü”

Təqsirləndirilən şəxsin sözlərinə görə, E. H. isə onu dalaşmağa məktəbə çağırıb: “Biz məktəbdə görüşdük. Görüş zamanı zarafat edtdiyimi, onun isə söyüş söydüyünün dedim. E. H.-dan nəyə görə söyüş söydüyünün səbəbini soruşdum. Məktəbdə E. H uşaqların içində məni söyürdü, özünü çox göylə aparırdı. O, ünvanıma var-yox söyüşləri söyüb, mənə “peysər” deyib. Mübahisə zamanı E. H.-ni vurmuşam. Sonra isə uşaqlar bizi aralaşdırıb. Məktəbdən evinə qayıtdım. İyunun 11-də E. H.-yə zəng etdim. Ondan məktəbdə uşaqların içində məni təhqir etməsinin səbəbini soruşdum. E. H. isə “yaxı edib səni söymüşəm” cavabını verdi və məni yenidən məktəbin yanına çağırdı. O, bu məsələni məktəbin həyətində aydınlaşdırmağı təklif etdi. Həmin gün onun dediyi yerə getmədim”.

“Sinəsini tutub məni söyə-söyə getdi”

R.Ə. Deyib ki sonra E.H  onu “Silsilə” dükanının qabağına çağırıb: “İyunun 12-də saat 18 radələrində “Silsilə” adlanan yerə getdim. Ora gedən zaman evdən bıçaq götürmüşdüm ki, E.H.-nı bıçaqla qorxudum. “Silsilə” adlanan yerdə E. H. ilə mübahisə etdik. Onunla dalaşarkən yanımızda tanışlarımız S. H. və E. İ. olublar. Hadisənin necə baş verdiyini onlar da görüblər. Orada əvvəl E. H. mənə söyüş söyməyə başlayıb. Mən də onu söymüşəm. Həmin vaxt orada yaşayan Seyfəddin adlı şəxs bizi danladı. O, bizim söyüş söyməyimizi, həmin yerdən uzaqlaşmağımızı istədi. Biz də onun tələbi ilə oradan bir az aralandıq. Sonra E. H. mənimlə əl-qolla danışmağa başladı, söyüş söydü və üstümə cumdu. O, başıma yumruqla vurduğundan başım gicəlləndi. Həmin vaxt bıçağı çıxardaraq E.H.-nı özümdən uzaqlaşdırmaq məqsədilə sağa-sola yelldim. Bu vaxt bıçaq E. H.-yə dəydi. Məqsədi  onu vurmaq yox, qorxutmaq olub. Onu  qəsdən vurmamışam. E. H.-nı neçə dəfə bıçaqla vurmağım yadımda deyil. Ona cəmi bir dəfə sinə nahiyəsinə zərbə vurduğumu xatırlayıram. Sonra E. H. sinəsini tutub və məni söyə-söyə oradan gedib. Mübahisə vaxtı yaxınlıqda heç kim olmayıb. Lakin  mübahisəmiz bitəndən sonra səs-küyə dükanda olan adamlar çölə çıxıvlar. E. H. ilə olan mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə çəkib. E. H.-nı vurduğum bıçağı həyətimizdə olan quyuya atmışam. Sonra isə dayım həmin bıçağı quyadan çıxardaraq polisə təqdim edib. Bu əməli törətdiyimə görə çox peşmanam. Hadisədən sonra anam və qohumlarım E. H.-nın müalicəsi üçün köməklik etmələrini dəfələrlə təklif etsələr də, E. H.-nın atası bu təklifləri qəbul etməyib. “Facebook”da E. H. ilə aramızda olmuş yazışmalar sonradan tam silinib. Ona təhqiramiz sözlər yazmamışam və yazışmanı da silməmişəm. Həm də belə bir şey mümkün deyil. Çünki məhkəmə tərəfindən tutulacağım barədə məlumatsız olmuşam”.

“Məni bıçaqladığına görə onu bağışlamıram”

Zərərçəkmiş E. H. təqsirləndirilən şəxsin ifadəsində uyğun danışıb. O, sosial şəbəkədə təqsirləndirilən şəxslərlə danışdığını və orada bir-birlərini söydüklərini deyib. Zərərçəkmiş həmçinin qeyd edib ki, əvvəlcə məktəbin həyətində, sonra isə dükanın yanında mübahisə ediblər: “Mübahisə vaxtı R. Ə. məni itələdi. Mən isə R. Ə.-dən yıxılmamaq üçün dayaq kimi tutdum. Elə bu zaman R. Ə. bıçaqla böyrümdən vurdu. Onda bıçaq olduğunu bilməmişəm. Bir də görmüşəm ki, böyrümdən qan axır və qan gələn yeri tutmuşam. Sonra isə məni xəstəxanaya çatdırıblar. R.Ə. məni üç dəfə bıçaqla vurub, bədənimin üç yerindən xəsarət almışam. 15 gündən çox xəstəxanada müalicə olunmuşam. Mübahisə zamanı mən söydüyüm söyüşü geri götürmüşəm. Lakin R. Ə. söyüşünü geri götürməyib. Buna görə də aramızda belə mübahisə və dava-dalaş olub. Mübahisə eldərkən R.Ə. əcəb edib söyüş söydüyünü deyib. Buna baxmayaraq, onu vurmamışam. Müalicə olunduğum vaxt R.Ə.-nin qohumlarından heç kim mənə maddi yardım etməyib. Məni bıçaqladığına görə onu bağışlamıram”.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə R. Ə. 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə R. Ə. barəsində seçilmiş başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və onun barəsində həbs qəti imkan tədbiri seçilib. R.Ə. məhkəmə zalından həbs edilib.(teleqraf.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Ən çox oxunanalar