Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Buxarest sazişi: Azərbaycan hansı səviyyədə Avropanı yaşıl enerji ilə təmin edə bilər?

Azərbaycan, Ruminya, Gürcüstan və Macarıstan arasında Buxarest sazişi imzalanıb...

Politoloq: “Buxarest sazişi Azərbaycanın Avropa enerji bazarlarında önəmini artıracaq”.

Azərbaycanın yaşıl enerji sahəsində belə bir sazişi imzalaması beynəlxalq enerji bazarında çəkisini artırır. İmzalanan Buxarest sazişi Azərbaycanı, xarici investiyisa qoyuluşu üçün cəlbedici ölkəyə çevrilir”.

Bu sözləri politoloq Turan Rzayev Azərbaycan, Ruminya, Gürcüstan və Macarıstanın imzaladığı Buxarest sazişini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ruminyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Buxarest sazişinə görə, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkiləcək. Yəni Azərbaycanın külək enerjisindən əldə edəcəyi “yaşıl” enerjini öncə Gürcüstana, ordanda Ruminyaya ötürə biləcək. Eyni zamanda sazişə görə, ilkin etabda “yaşıl” enerji kabellərlə Ruminyaya ötürülsə də gələcəkdə nəqletmə sistemi vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə də nəql ediləcək.

Bəs Buxarest sazişi nəyə hesablanıb? Yaşıl enerji investisiya qapılarını aralaya biləcəkmi və Azərbaycan hansı səviyyədə Avropanı yaşıl enerji ilə təmin edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rəsmi Bakının yaşıl enerji əldə etmək üçün nəzərdə tutduğu resursların böyük hissəsi işğaldan azad edilən ərazilərin payına düşür”.

Rəsmi Bakının uzun illərdir dünya enerji bazarında özünə yer qazanmağa çalışdığını xatırladan politoloq bildirib ki, son illərdə Bakı səylərini maksimum dərəcədə artıraraq Cənubi Avropa və balkan ölkələrinin enerji təəsüratında pay qazana bilib:

“Aydın məsələdir ki, saziş Azərbaycanın Avropa enerji bazarlarında önəmini artıracaq. Prinsip etibarilə Rusiya-Ukrayna müharibəsi dünya enerji bazarında xaos yaradıb. Bu xaos vəziyyətində isə ölkələrin istər ənənəvi enerjiyə, istərsə də yaşıl enerjiyə təlabatı əsaslı surətdə artıb.

Rəsmi Bakı uzun illərdir dünya enerji bazarında özünə yer qazanmağa çalışır. Son illərdə isə müharibənin də yaratdığı enerji böhranı fonunda Bakı səylərini maksimum dərəcədə artıraraq Cənubi Avropa və balkan ölkələrinin enerji təəsüratında pay qazana bilib. Prezidentin Albaniya, Bolqarıstan, Serbiya səfərləri də bu istiqamətdə işlərin davam etdiyini göstərir.

Lakin dövrün şərtlərinin dəyişməsi və ənənəvi enerji resurslarının təmiz yaşıl enerji ilə əvəzlənməsi prosesində Azərbaycan da müvafiq addımlar atır. Qısa zamanda görülən işlər və Buxarest sazişinin imzalanması onu göstərir ki, Bakının ənənəvi enerji vasitələri ilə birlikdə təmiz enerji istehsalı və satışında da qabaqcıl ölkələrdən olmaq istəyir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin iyun ayında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bu məsələyə toxunmuşdu.

Turan Rzayev: “Qərb Azərbaycanın enerji resurslarının Avropanı doydurmasını istəyirsə, o zaman investisiya kanallarının ağzını açmalıdır”.

Azərbaycanın indiki məqamda yaşıl enerjiyə yönəlməsinin və bu sahədə dünyanın aparıcı ölkələrindən olmaq istəməsinin iki başlıca səbəbi var:

Birincisi, Azərbaycan Prezidenti bir çox sahədə olduğu kimi enerji təhlükəsizliyi məsələsində də uzaqgörən siyasət yeridir. Məsələ ondadır ki, bu gün Azərbaycanın neft-qaz ehtiyatları var, lakin karbohidrogen ehtiyatlarının sonsuz olmadığı və müəyyən dövrdən sonra tükənəcəyi reallığı alternativ enerji mənbələrinə təlabatın artmasına gətirib çıxarır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunur. Azərbaycanda hazırda bu tendesiya ilə ayaqlaşır.

Bu gün ölkəmizin sözügedən sahənin inkişafı üçün hər cür şəraiti və imkanları var. Misal üçün bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt dır. Külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

İkincisi, Azərbaycanın yaşıl enerji sahəsində belə bir sazişi imzalaması beynəlxalq enerji bazarında çəkisini artırır. İmzalanan Buxarest sazişi Azərbaycanı, xarici investiyisa qoyuluşu üçün cəlbedici ölkəyə çevirir. Çünki rəsmi Bakının yaşıl enerji əldə etmək üçün nəzərdə tutduğu resursların böyük hissəsi işğaldan azad edilən ərazilərin payına düşür.

Turan Rzayev: “Buxarest sazişi Azərbaycanı, xarici investiyisa qoyuluşu üçün cəlbedici ölkəyə çevirir”.

Azərbaycan hələlik Böyük Britaniyanın BP, Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub.

Bir neçə gün öncə isə Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə çərçivə sazişi imzaladı.

Azərbaycan bununla həm də işğaldan azad edilən ərazilərin bərpası istiqamətində işlərin sürətlənməsi üçün xarici investisiya da cəlb edə biləcək. Bütün hallarda Qərb Azərbaycanın enerji resurslarının Avropanı doydurmasını istəyirsə, o zaman investisiya kanallarının ağzını açmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar