Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu vitaminin əskikliyi intihar fikirləri yaradır 

"Günəş vitamini" kimi tanıdığımız D vitamini yağda həll olan vitamindir. Sümüklərin sağlamlığına, kalsiumun mənimsənilməsinə, beynin işləməsinə, bütün hüceyrələrin bölünüb yenilənməsinə, immunitetin çalışmasına təsir edir.

Hazırda dünyada istər gənclərdə, istər uşaqlarda kəskin D vitamini əsklikliyi yaşanır.

Normada bədəndə D vitamini 50-80 arası olmalıdır. Lakin analizlərdə nəticə 30 çıxanda belə həkimlər sevinir, çünki əksəriyyətdə bu 6-8-15 çıxır. Bu isə o deməkdir ki, orqanizmin D vitamini anbarı boşdur və hüceyrələr acdır.

PİA.az xəbər verir ki, tədqiqatçılar D vitamini çatışmazlığı ilə depressiya, psixi problemlər və intihara meyillik arasında əlaqəni araşdırıblar.

2013-2017-ci illər arasında bir neçə min könüllünü tədqiqata cəlb edən alimlər depressiyadan əziyyət çəkən iştirakçılarda D vitamin səviyyəsini yoxlayıblar və onlarda kəskin defisit olduğunu aşkarlayıblar.R

Bununla da D vitamini çox aşağı olan insanların depressiya və intihar riski qrupuna digərlərindən daha yaxın olduğu sübut olundu.

Əvvəlki 2005-ci ildəki elmi araşdırmada beynin depressiyaya cavabdeh hissələrində D vitamini reseptorlarını aşkar edib.

Bununla beynin birbaşa olaraq D vitaminindən çox asılı olduğu üzə çıxdı.

Uzun müddət açıq hava, günəşdən, təbiətdən uzaq qalan, zəif qidalanan müasir insanlarda D vitamini yüksək ola bilməz.

Ona görə də depressiya əlamətləri hiss edilən hər kəsdə bu analiz verilməli və əlavə D vitamini preparatları təyin edilməlidir. (medicina.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar