Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il zənginlərin sayı daha da artacaq – Hesabat

Qlobal iqtisadi mənzərənin elə də ürəkaçan olmamasına baxmayaraq, 2019-cu ildə dünyada sərvət yığımı sabit qalacaq

Knight Frank təşkilatı 2019-cu il Sərvət Hesabatını açıqlayıb. Hesabata görə, gələn beş il ərzində ultra-yüksək şəxsi sərvət sahiblərinin sayı 22% artacaq, yəni, 2023-cü ilədək daha 43 min nəfərin sərvəti 30 milyon ABŞ dollarını aşacaq.

Asiyanın güclü iqtisadi göstəriciləri bu il ABŞ dolları milyonçularının sayının ilk dəfə olaraq 20 milyon nəfəri keçəcəyi deməkdir. Gələn 12 ay ərzində mövcud zənginlər sərvətlərini artıracaqlar.

“Brexit”in, yəni Britaniyanın AB-dən çıxmasının necə baş verəcəyindən asılı olmayaraq, London 2019-cu ildə qlobal sərvət mərkəzi kimi qalacaq. Dünyanın ən çox zəngini bu şəhərdə yaşayır və Şəhər Sərvəti İndeksində yeganə ciddi rəqibi olan Nyu Yorku ikinci yerə sıxışdırır.

Hesabatda qeyd olunur ki, bu il hökumətlər iki düşərgəyə bölünəcəklər: bir qismi daha çox sərvət cəlb etməyə çalışacaq, məsələn İtaliya kimi. Getdikcə daha artıq varlı miqrant qlobal gəlirlərinə görə 100 min avroluq vergi ödəmək əvəzində “şirin həyata” qovuşacaqlar. Amma bunun əksinə olaraq, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Kanada və Britaniya zəngin qeyri-rezidenlərin onların əmlak bazarlarına çıxışına daha böyük maneələr yaradır.

Amma əngəllərə rəğmən, zənginlər qlobal bazarlara çıxış tələb edəcəklər. Özəlliklə də, yeni yaranan iqtisadiyyatlarda artımın yavaşıdığı, diversifikasiya axtarışının gücləndiyi bir dönəmdə.

Bu arada OECD, AB kimi qurumlar vergidən yayınmayla mübarizə məqsədilə daha çox ölkəni nəzarətə məruz qoyacaq. (azadliq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar