Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək...

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək.

Xatırladaq ki, ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.

2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.

Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Çin Dövlət Şurasının Baş nazirinin müavini Lü Henin çıxışları gözlənilir. Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya kansleri Olaf Şolts çıxış edəcəklər. Cənubi Koreya Prezidenti Yun Sok Yol ertəsi gün çıxış edəcək.

Davosa Polşa Prezidenti Anjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Serbiya Prezidenti Aleksandr Vuçiç, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva səfər edəcəklər.

Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.

Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.(report)

pia.az


Etiket: Davos Forumu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar