Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı deputat: Bəzi ölkələr Kiyevdən Moskva ilə sülhdə güzəştlərr istəyə bilər…

Britaniya deputatı vurğulayıb ki, hazırda Ukrayna Silahlı Qüvvələrini lazımi silahlarla dəstəkləmək vacibdir...

Britaniya parlamentinin müdafiə komitəsinin sədri Tobias Ellvud istisna etmir ki, Rusiyanın dostu olan bir sıra ölkələr yağış mövsümü başlamadan öncə cəbhədəki vəziyyət qlobal miqyasda dəyişməzsə, Kiyevdən Moskva ilə sülhdə “kompromislər” istəyəcəklər.

Poliqon xəbər verir ki, bunu britaniya deputat liga.net portalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun nəticələri ilə bağlı Qərbin ümumi əhval-ruhiyyəsini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, indi Ukraynanın tərəfdaşları heç bir şəkildə Kiyevə təzyiq göstərmir. Bu vəziyyətdə hər biri tərəfin öz istisnaları ola bilər.

“Heç kim kompromislər barədə danışmır. Ola bilsin ki, Rusiyanın bəzi dostları və Çin buna meyllidirlər”, deyə Ellvud deyib.

Britaniyalı deputat pisləşən hava şəraitini nəzərə alaraq, Ukrayna ordusunun fəal döyüşə biləcəyi müddətin həqiqətən məhdud olduğuna diqqət çəkib.

“Eyni zamanda, Ukrayna tərəfdaşlarının dəstəyini təmin etmək üçün kifayət qədər işlər görür. Bunu Kiyevin müttəfiqlərinin Ukraynanı dəstəkləmək üçün böyük öhdəliklər götürdüyü NATO sammiti nümayiş etdirdi”, deyə komitə sədri vurğulayıb.

Britaniyalı parlamentari hesab edir ki, 2024-cü il Ukrayna üçün həlledici olacaq:

“Məsələn, ABŞ-da Trampın qalib gələ biləcəyi prezident seçkilərini nəzərə alsaq, xarici siyasi arenada çox şey dəyişə bilər. Donald Tramp geri qayıda bilər. Bunun nəyə səbəb olacağını kim bilir?”, deyə Ellvud sual edib.

Bu kontekstdə Britaniya deputatı vurğulayıb ki, hazırda Ukrayna Silahlı Qüvvələrini lazımi silahlarla dəstəkləmək vacibdir:

“Ukraynaya HİMARS, raketlər, artilleriya mərmiləri, F-16 təyyarələri və digər avadanlıqların ötürülməsi, onların cəbhədə imkanlarını artıra bilər”, deyə Ellvud vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar