Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya höküməti “Vaqner”i qara siyahıya salmaqdan niyə imtina edib?..

Britaniya Putinin sözlərinə görə “Vaqner”i terrorçu təşkilat kimi tanınmağı təxirə salıb...

Britaniya hakimiyyəti “Vaqner” Özəl Hərbi Şirkətinin terrorçu təşkilatlar siyahısına salınması prosedurunu dayandırıb,

Poliqon xəbər verir ki,u barədə mənbələrə əsasən The Times qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, bu, prezident Vladimir Putinin ÖHŞ-nin tam dövlət tərəfindən maliyyələşdirildiyi barədə dediyi sözlərlə bağlıdır.

Britaniya qəzetinin yazır ki, şirkətin “qara siyahı”ya salınmasının hüquqi əsasları artıq mürəkkəb idi, çünki bu, qrupun “Rusiya üçün hərbi qruplaşma” kimi fəaliyyət göstərməsinə əsaslanıb. Lakin üsyandan sonra Putin ÖHŞ-nin tam dövlət tərəfindən maliyyələşdirildiyini bildirdi. Belə ki, 2022-ci ilin may ayından 2023-cü ilin may ayına qədər ona təxminən 86,3 milyard rubl ödənilib və “Konkord” şirkətinin sahibi Yevgeni Priqojin bu müddət ərzində “Voentorq” vasitəsilə hərbçiləri ərzaqla təmin edərək 80 milyard rubl qazanıb. Prezident həmçinin məlumat verib ki, ÖHŞ-yə Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq imkanı verilib.

The Times-ın qeyd edib ki, əvvəllər “Vaqner” formal olaraq “özəl ordu” hesab olunurdu. İndi ÖHŞ-nin qara siyahıya salınması “Rusiya hökumətinin departamenti”nin fəaliyyətinə qadağa qoyulmasına bərabərdir. “Hökumət mənbələrinə görə, bu, çox qeyri-adi olardı və bir sıra diplomatik və hüquqi çətinliklərlə nəticələnərdi”, deyə qəzet yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar