Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük yeddilər” may ayında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək…

G7 ölkələri may ayı üçün Rusiyanın almaz sənayesinə qarşı yeni sanksiyalar hazırlayır…

G7 ölkələri çox güman ki, dünyada cilalanmamış almaz tədarükünün təxminən üçdə birini təşkil edən rus almaz mədənçisi “Alrosa”nın iri bir karatlıq almazlarına qarşı yeni sanksiyalar tətbiq edəcək.

Poliqon xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri yerli sənaye liderlərinə istinadən məlumat yayıb. Qeyd edək ki, Hindistan almazın cilalanması üzrə dünyanın əsas mərkəzlərindən biridir.

“Müxtəlif mənbələrdən eşitdik ki, yeni sanksiyalar olacaq və onlar cilalanmamış böyük brilyantlara tətbiq edilərcək”, deyə Gem və Zərgərlik İxracının Təşviqi Şurasının sədri Vipul Şah ET-yə bildirib.

“Lakin, sanksiyaların hansı formada olacağı barədə heç bir fikrimiz yoxdur. Bu, Suratda eləcə də Sauraştra, Amreli və Bhavnaqarda almaz sənayesində çalışan işçilərin məşğulluğuna təsir edəcək”, deyə Vipul Şah əlavə edib.

Qəzet yazır ki, hazırda Hindistan cilalanmamış daşları ABŞ və digər G7 ölkələrinə ixrac etməkdə sərbəstdir, bir şərtlə ki, onlar Hindistan almaz cilalama sənayesində əhəmiyyətli dəyişikliklərə məruz qalsınlar.

Mənbələrin bildirdiyinə görə, “Böyük Yeddilik” ölkələri iyunun ilk həftəsində, Las-Veqasda zərgərlik sərgisi öncəsi, mayın 19-21-də Yaponiyada keçiriləcək görüş zamanı yeni sanksiyalar tətbiq edəcəklər.

Qəzet yazır ki, sanksiyalar qüvvəyə minən kimi Hindistanda almaz hasilatı sektorunda məşğulluqla bağlı qeyri-müəyyənlik yaranacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar